İdman
ÇOX OXUNANLAR
6-07-2021, 17:05 Oxunub: 92274
Laçında ermənilərlə dostluq görüşü... - Keçmiş səhvlərimizi təkrarlamayaq!.. - FOTO

"Bu, həm bizim sadəlövhlüyümüzdən irəli gəlirdi, həm də həmişə qeyd etdiyimiz kimi, bizi ermənilərlə "dost”laşdıran, "kirvə”ləşdirən iki böyük güc vardı...”
Ermənistanın 28 ildən çox işğal altında saxladığı, son Qarabağ savaşındakı qələbəmizdən sonrakı 8 aya yaxın müddətdə isə Rusiyanın "sülhməramlı” adı altında fəaliyyət göstərən hərbi kontingentinin nəzarətində qalan Laçın şəhərində sovet dövründə "ermənilərlə dostluq günləri”nə dair foto-görüntü yayılıb.
Moderator.az xəbər verir ki, çox güman ki, 1970-ci illərə aid olan fotonu "Facebook” səhifəsində laçınlı ziyalı fəal Pərviz Malik Laçın paylaşıb.
Fotoda Laçın şəhərindəki eyniadlı kinoteatr binası əks olunub. Binanın üzərinə asılan bayraqlar, yəqin ki, SSRİ, Azərbaycan SSR və Ermənistan SSR bayraqlarıdır. Kinoteatrın girişi üzərində keçmiş Azərbaycan-kiril əlifbasıyla "Dostluq görüşü iştirakçılarına alovlu komsomol salamı!” şüarı, bir az aşağıda isə Azərbaycan, rus və erməni dillərində "Xoş gəlmişsiniz!” yazılıb...
Zəruru şərh:
Qeyd edək ki, sovet dövründə Kommunist Partiyası və komsomol təşkilatı xətti ilə bu cür "dostluq” görüşləri, qarşılıqlı olaraq yalnız Laçında deyil, Azərbaycanın Ermənistan və həmsərhəd və keçmiş Dağlıq Qarabağa daxil və ya bu vilayətə qonşu olan bütün rayonlarımızda Qazaxdan Gədəbəydən tutmuş Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Şuşa və s. keçirilirdi.
O zaman ilk baxışdan kiçik istisnalarla ermənilərlə aramızda, demək olar ki, dostluq hökm sürürdü. Ancaq azərbaycanlıların əksəriyyəti onların keçmiş düşmənçiliklərini unutsalar da, əksinə, onların əksəriyyəti unutmamışdı. Və bəziləri yeyib-içib sərxoş olanda bunu etiraf edirdilər, hətta fəhlələrindən tutmuş katiblərinə, nazirlərinədək özlərinin "Vətən” fondu üçün pul yığdıqlarını və Yevlağadək ərazilərimizi Ermənistan birləşdirəcəklərini söyləyənlər də olurdu. Biz isə bütün bunları "boş,mənasız işlər” adlandırıb qulaqardına vururduq. Bu, həm bizim sadəlövhlüyümüzdən irəli gəlirdi, həm də həmişə qeyd etdiyimiz kimi, bizi ermənilərlə "dost”laşdıran, "kirvə”ləşdirən iki böyük güc vardı: ermənilərin də əsasən XVIII əsrdən bizləri də alışdırdığı erməni tut arağı və çaxırı, bir də bəy, xanlarımızın kəniz, arvad, nazirlərimizin katibə və məşuqə kimi saxladıqları erməni axçi və harsınları...
Şükür Allaha, şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına son savaşda qalib gələrək torpaqlarımızın xeyli hissəsini birbaşa nəzarətimizə götürmüşük... Və bu gedişlə Zəngəzur dəhlizi də açılsa və Laçın şəhərini də azad etsək, bir neçə ildən sonra ermənilər bizimlə yenidən "dostluq” tellərini bərpa etməyə məcbur qalacaq. Düzdü, sonsuza qədər müharibədən sülh yaxşıdır. Amma heç olmasa, bu dəfə ayıq olaq... Keçmiş səhvlərimizi təkrarlayıb yenidən erməni hiyləsinə, çaxırına və qadınına uymayaq... Hərçənd, bəzi məlumatlara görə, artıq Şuşada bu uymalarla gələcək bəlalarımızın konturlarını cızanlar var... Allah belə xainlərin özlərinin bəlalarını versin!.. Həm də sovet dövründə bizi ermənilərlə "dostluq” görüşləri keçirməyə məcbur edən kommunist Bakı rəhbərliyi və Moskva vardı. Amma yəqin ki, bu dəfə nə Bakıda, nə İstanbulda, nə də Avropa Şurasında bizləri yalançı dostluğa vadar edəcək rəhbərlər və qurumlar olacaq...
XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki















