İdman
ÇOX OXUNANLAR
8-07-2021, 16:15 Oxunub: 52274
“Ermənistanın indi heç bir gücü, imkanı və icazəsi yoxdur ki, nəsə bir addım atsın…”

"O vaxt Qarabağ torpaqları ermənilərin əlində idi, onda ermənilər nə dünyanı, nə də Azərbaycanı saymırdı və belə təhlükə var idi”.
Bunu açıqlamasında politoloq Zərdüşd Əlizadə deyib. Politoloqun sözlərinə görə, Qarabağ torpaqlarında ermənilərin terrorçu hazırlaması inandırıcı deyil:
"O vaxt Qarabağ torpaqları ermənilərin əlində idi, onda ermənilər nə dünyanı, nə də Azərbaycanı saymırdı və belə təhlükə var idi. Vətən müharibəsində əldə etdiyimiz qələbədən və 10 noyabr sazişindən sonra Qarabağın yetmiş beş faizi Azərbaycanın nəzarətinə keçib, orda bizim ordumuz yerləşib. İndi tədricən Azərbaycan Ermənistan sərhədlərini nəzarətə götürüb, bu proses gedir. Və iyirmi beş faiz ərazidə təhlükəsizliyə zəmanəti Rusiya sülhməramlıları verir. Ermənilərin yazdığı bu məlumatların hamısı yalandı. Bu gün Azərbaycanda ordu, təhlükəsizlik xidməti var və hər şey qiymətləndirilir. Erməni mətbuatı ancaq gic-gic xəbərlər yayır. Ermənistanın indi heç bir gücü, imkanı və icazəsi də yoxdur ki, nəsə bir addım atsın. Rusiya Ermənistanın gözün tökər əgər icazəsiz bir addım atsalar”.
Qeyd edək ki, erməni mətbuatının yaydığı məlumata görə, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində "Böyük Tiqran” (Metsn Tiqran) hərbi birliyinin nümayəndələri peyda olub. Birliyin bu ərazidə həm Ermənistan, həm də Qarabağdan olan erməni gənclər üçün hərbi hazırlıq kursları keçdiyi (daha dəqiq desək, terrorçu hazırladıqları – red.) müəyyən edilib.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







