İdman
ÇOX OXUNANLAR
19-07-2021, 10:27 Oxunub: 2278
Oğuz gəncləri deputat Aqiyə Naxçıvanlı ilə görüşüb
Oğuz rayonunda seçicilərlə görüşlərini davam etdirən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı rayon gəncləri ilə görüşmüşdür. Tədbirdə rayonun təhsilində, elmi-pedaqoji fəaliyyətində, idman, mədəniyyət sahəsində, ictimai işlərdə fəallıq göstərən aktiv gənclər iştirak etmişdir. Deputatı sevinclə qarşılayan gənclər bu ənənənin artıq illərdir davam etdiyini, deputatın hər gəlişinin onlar üçün yadda qalan olduğunu bildirmişlər.
Xanım Aqiyə Naxçıvanlı da öz növbəsində Oğuz gənclərinin hər görüşdə daha intellektual, daha kreativ düşüncəli olduqlarını nəzərə çatdıraraq, onların ölkəmizin inkişafında əhəmiyyətli rolundan danışmışdır. O, ölkə gənclərinin qayğılarını hər zaman diqqət mərkəzində saxlayan cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm işlər görüldüyünü, bu məqsədlə «Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiqi, "2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, onların sosial müdafiəsi ilə bağlı müxtəlif qərar və sərəncamların imzalandığını diqqətə çatdırmışdır. Eyni zamanda qeyd etmişdir ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayır, müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin dünyada tanıdılması üçün böyük töhfələr verirlər. Bu, böyük xoşbəxtlikdir. Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. Hər bir sahədə fəaliyyət göstərən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bununla bərabər gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Azərbaycan gəncləri ona görə milli ruhda tərbiyə almalıdır ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli mənafeyini layiqincə qoruya bilsinlər. 44 günlük Vətən Müharibəsi də göstərdi ki, gənclərimiz Vətən, torpaq uğrunda necə vuruşdular. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz şanlı qələbəmizi şərtləndirdilər. Ona görə də biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.
Tədbirdə söz alan rayon gənclərindən - Ramiz Mahmudov, Elşən Alcansoy, Mehman Ramazanov, Anar Hüseynov və başqaları onlara yüksək dəyər verdiyi üçün ölkə Prezidenti cənab İlham Əliyevə və onun xanımı, Birinci Vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər. İndiyə kimi qazandıqları uğurların kökündə məhz ölkə rəhbərliyinin idmana, elmə, yaradıcılığa verdiyi stimulun dayandığını söylədilər. Dövlət Başçısının apardığı uğurlu iqtisadi siyasəti nəticəsində Azərbaycanda biznes mühiti davamlı olaraq yaxşılaşır, istehsal və emal sahələri inkişaf edir, iqtisadiyyatın şaxələnməsi təmin edilir. Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına dəstək göstərilir, qanunvericilik bazası təkmilləşdirilir və güzəştli kreditlər verilir. Yüksək texnologiyalar parkları, innovasiya mərkəzləri, biznes inkubasiya mərkəzləri açılır. Gənclər üçün biznes məsləhət xidmətləri təşkil edilir. Belə olan halda Azərbaycan gəncliyi təxmin ediləndən də sürətlə inkişaf edəcəkdir. Çünki bizim arxalandığımız güclü dövlətimiz və güclü liderimiz var. Yeganə yolumuz isə Prezidentimizin ətrafında daha da sıx birləşərək azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməkdir.
Deputatla səmimi söhbət və diskussiya şəraitində keçən görüşdən razı qaldıqlarını söyləyən gənclər verilən tövsiyələrə mütləq əməl edəcəklərinə, bundan sonra da vətənə layiq vətəndaş olacaqlarına söz vermişlər.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...








