İdman
ÇOX OXUNANLAR
17-07-2021, 18:35 Oxunub: 22334
Deputat Aqiyə Naxçıvanlı: Şəhidlərimizin uyuduğu hər yer bizim üçün müqəddəsdir! - FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı Oğuz rayonunun Xaçmaz kəndində ucaldılmış "Şəhidlər xiyabanı”nı ziyarət etmişdir. Xiyabanda Şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Seşiciləri ilə birlikdə məzarlar önünə gül dəstələri qoyan deputat Aqiyə Naxçıvanlı Şəhidləri ehtiramla yad etmiş, mərasim iştirakçıları önündə nitq söyləmişdir. O, ikinci Qarabağ müharibəsinin Azərbaycan xalqının şanlı tarixi kimi yaddaşlara həkk olunmasından bəhs edərək artıq bütün şəhidlərimizin qisasının alındığından danışaraq, bildirmişdir ki, işğal altında olan torpaqlarımızı məhz şəhidlərimizn qanı bahasına geri qaytarmışıq. Bizim şəhidlərimiz haqq yolunda şəhid olublar. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edlmiş torpaqlarda qürurla dalğlanır. Əsgərlərimizin qəhrəmanlığı nəticəsində dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və əbədi yaşayacaqdır. Bu qələbənin memarı isə Ali Baş Komandan, Azərbaycan xalqının sevimli Prezidenti Cənab İlham Əliyevdir. Məhz onun mükəmməl strategiyası, siyasətlə birgə hərb işinin incəliklərini bilməsi nəticəsində 30 ildir dayanmadan istehkam quran erməni ordusunun 6 pilləli müdafiə xətti bir necə gündə darmadağın edildi və ordumuz gözlənilən itkilərdən qat-qat az itki verərək şanlı qələbəyə sahib oldu. Bu xalqımızın Prezidentlə birgə fəaliyyətinin nəticəsi idi. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi: "Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi!”.
Bəli bu 44 gündə Azərbaycan xalqı bir dəmir yumruq olaraq Ali Baş Komandan ətrafında sıx birləşdi və öz torpaqlarını mənfur düşməndən geri qaytardı. Artıq münaqişə həll olunmuş, regionda yeni inkişaf mərhələsi başlanılmışdır. İnkişafa tövhə verən yeganə dövlət isə Azərbaycan dövlətidir. Bunlarla bərabər Şəhid olmuş hərbçilərimizın ailələri, qazilərimiz, Vətən müharibəsi iştirakçıları ölkə başçısı tərəfindən nəzarətə götürülmüş, onların qayğı və problemlərinin həlli istiqamətində ciddi addımlar atılmağa başlanılmışdır. Bütün şəhid ailələrinə birdəfəlik ödənişlər, onların valideynlərinə, övladlarına müavinətlər təyin olunmuş, qazilərimizin müayinə və müalicəsi üçün həm respublikada, həm də xaricdə imkanlar yaradılmış, müharibə iştirakçılarına fəxri adların və medalların verilməsi təmin olunmuşdur. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır. Bu Azərbaycan xalqının maraqlarına cavab verən dövlət siyasətidir. Tədbirdən sonra şəhid ailələri ilə görüş keçirilmiş, onların problemləri, təklif və xahişləri dinlənilmişdir. Çıxış edən "Vətən Müharibəsi Qəhrəmanı” Nail İbrahimlinin anası Aqubət İbrahimova dövlətimiz, Prezidentimiz Cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, müharibə iştirakçılarının fəxri adlarla təltif etməsini yüksək dəyərin nümunəsi olduğunu söyləmişdir. Şəhid Nurlan Əhmədlinin, Rəvan Lətifovun anaları da söz alaraq oğulları ilə fəxr etdiklərini, "əvvəllər övladlarının tək onların evlərində yaşadıqlarını, indi isə bütün xalqımızın qəlbində, yaddaşında məskən saldıqlarını” qeyd edərək bu şanlı qələbədə onların da paylarının olmasından qürurla danışmışlar.
Deputat Aqiyə Naxçıvanlı görüşün sonunda fərdi şəkildə ona yaxınlaşan şəhid anası Çiçək Əhmədova, Rəqimə Mustafayeva, şəhid atası Ətirxan İsayev, qazi Rəşıd İsazadə ilə söhbət etdi.
aia.az
XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki



















