İdman
ÇOX OXUNANLAR
28-06-2021, 17:04 Oxunub: 42288
Aqiyə Naxçıvanlı: Azərbaycan bu il ilk dəfə Silahlı Qüvvələr Gününü qalib ölkə kimi qeyd etdi
İyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi xalqımız üçün son dərəcə əlamətdar bir gündür. Bununla belə, etiraf etmək lazımdır ki, məhz 2021-ci ilin iyun ayının 26-sı istər Ordumuz, istərsə də bütün xalqımız üçün ən yaddaqalan tarixlərdən biri olacaq. Çünki məhz bu gün Azərbaycan xalqı, Azərbaycan Ordusu tarixdə ilk dəfə Silahlı Qüvvələr Gününü qalib xalq, müzəffər Ordu kimi qeyd etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Deputat Azərbaycan Ordusunun hazırda dünyanın ən güclü orduları sırasında yer aldığını diqqətə çatdıraraq bildirib ki, məhz bu amil ölkəmizin Vətən müharibəsində möhtəşəm Qələbəsini təmin edib. "Otuz ilə yaxın müddət ərzində Azərbaycan ərazi bütövlüyünü məhz sülh yolu ilə bərpa etmək üçün bütün imkanlardan istifadə etdi. Lakin bu, heç bir nəticə vermədi. Əksinə, Ermənistan bəzi xarici himayədarlarına arxalanaraq son iki ildə ümumiyyətlə işğal etdiyi əraziləri heç vaxt geri qaytarmaq niyyətində olmadığını və olmayacağını açıq-aşkar bəyan etməyə başladı. Əlbəttə, Birinci Qarabağ müharibəsi ölkəmiz üçün ümummilli faciə idi və böyük humanitar fəlakətə səbəb olmuşdu. Sayı səkkiz milyon olan Azərbaycan əhalisinin bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdu. İqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bütün bunlar bizim düşmənlərimizə və Ermənistanın himayədarlarına ümid verirdi ki, Azərbaycan artıq heç zaman ayağa qalmayacaq, öz ərazi bütövlüyünü bərpa etmək gücündə olmayacaq. Bəzi beynəlxalq təşkilatlar isə ölkəmizə açıq-aşkar bu itki ilə barışmaq təklifi edirdilər. Lakin bütün bu illər ərzində əvvəlcə ulu öndər Heydər Əliyev ölkəni əzm və inamla inkişaf yoluna çıxardı, 2003-cü ildən sonra isə Prezident İlham Əliyev bu inkişafı daha yüksək dinamika ilə davam etdirdi”, - deyə A.Naxçıvanlı bildirib.
Dövlətimizin başçısının son 18 ildə qatıldığı bütün mötəbər beynəlxalq tədbirlərdə hər zaman birmənalı olaraq Azərbaycan işğal faktı ilə barışmayacağını, əgər sülh yolu ilə mümkün olmasa, öz torpaqlarını hərbi yolla azad edəcəyini bildirdiyini diqqətə çatdıran deputat vurğulayıb. "Nəticədə belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Şanlı Azərbaycan ordusu şəhidlərimizin qisasını döyüş meydanında aldı. Azərbaycan Prezidentinin bütün bu illər ərzində həyata keçirdiyi düşünülmüş xarici və daxili siyasət öz nəticəsini lazım olan anda verdi. Azərbaycan bütün gücünü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Məhz buna görə də bu gün Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir. Möhtərəm Prezidentimizin dediyi kimi, əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsidir, milli ləyaqətin təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”.
Aqiyə Naxçıvanlı xüsusi olaraq vurğulayıb ki, Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün xüsusilə son illər ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. O deyib: "Vətən müharibəsində Qələbəni qazanmaq üçün Prezident İlham Əliyev tərəfindən ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülüb. İlk növbədə, əlbəttə ki, beynəlxalq müstəvidə uğur qazanmaq vacib idi. Məsələ bundadır ki, Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi Dağlıq Qarabağla bağlı, oradakı vəziyyətlə bağlı daim tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək Azərbaycan üçün başlıca vəzifə idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Digər tərəfdən isə Azərbaycan Prezidenti bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxladı. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə düşdü. Dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşdı. İkitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər Azərbaycanın gücünü artırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla, Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərdi. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsl təntənəsi oldu”.
Ölkə daxilində həyata keçirilmiş hazırlıq işlərindən danışan A.Naxçıvanlı bildirib ki, bu xüsusda iqtisadiyyatın inkişaf etdirilməsi və bu zəmində ordu quruculuğu işlərinin yüksək səviyyədə həyata keçirilməsi əsas amillərdən biri kimi çıxış edib. "Ölkənin iqtisadi potensialı Qələbəni təmin etməkdə əsas amillərdən biri oldu. Aydındır ki, istənilən müharibədə qalib gəlmək üçün ilk növbədə güclü orduya sahib olmaq lazımdır. Güclü ordunu yaratmaq üçün isə insan resursları və müasir silahlar tələb olunur. Silahlanma da məlumdur ki, çox baha başa gələn bir məsələdir. Deməli, güclü ordu yaratmaq üçün əvvəlcə güclü iqtisadiyyata sahib olmaq lazımdır. Sözsüz ki, bu sahədə bizi Ermənistanla müqayisə etmək ümumiyyətlə qeyri-mümkündür. Məlumdur ki, Prezident İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etməkdədir. Əbəs yerə deyil ki, ABŞ-da nəşr olunan "U.S. News & World Report” jurnalının dərc etdiyi 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 45-ci yerdə qərarlaşmışdı. Siyahıda 45-ci olan Azərbaycan həmin ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub. Deməli, məhz güclü iqtisadiyyat bizə imkan verib ki, həm müasir silahlar alaq, həm özümüzün hərbi-sənaye kompleksimizi inkişaf etdirək. İqtisadi müstəqillik olmasaydı, Azərbaycan öz məqsədlərinə nail ola bilməzdi. Ona görə Prezident İlham Əliyev iqtisadi müstəqillik əldə etməyi prioritet vəzifələrdən biri kimi müəyyən etmişdi və bu, artıq neçə ildir ki, təmin edilib. Bu gün Azərbaycan heç kimdən asılı deyil və iqtisadi göstəricilərə görə dünyada aparıcı yerlərdədir. Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verilib. Həmin gündən cəmi 7 ay keçməsinə baxmayaraq, artıq böyük işlər görülüb. Bu gün bütün dünya Qarabağda və digər ərazilərdə misli görünməmiş bərpa işlərini müşahidə edir. Dövlətimizin başçısının dediyi kimi, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır”, - deyə o fikirlərini yekunlaşdırıb.
XƏBƏR LENTİ
10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR 15:33 | ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI 18:05 | PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB 21:03 | İmişli RİH-i yanında yaradılmış ictimai şura yeni tərkibdə ilk iclasını keçirib 12:18 | Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi 12:14 | Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var 12:11 | BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi 11:38 | MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... 11:35 | Bayden prezidentliyə namizədliyini geri götürdü 11:34 | Milli mətbuatın yaranmasından 149 il ötür 11:33 | Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi 12:48 | “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb