İdman
ÇOX OXUNANLAR
6-10-2021, 17:34 Oxunub: 72243
Səttar Möhbalıyev: “Şəhərlərimizin işğaldan azad olunması tarixləri xalqımız tərəfindən qürurla qeyd olunur”
"Bu gün biz torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayırıq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladığı ilk gündən bizi davamlı olaraq qazandıqları qələbələrlə sevindirməyə başladı. Bunu xalqımız illər idi gözləyirdi. Bütün insanlarımızın qəlbi yenilməz Ordumuzla birlikdə döyünürdü. Qələbə çalacağımız heç kimdə şübhə doğurmurdu. Azərbaycan Ordusunun gücü hamıya bəlli idi. Aparılan araşdırmalar da göstərirdi ki, Ordumuz Cənubi Qafqazın ən böyük və ən güclü ordusudur. Əks-hücum əməliyyatları başlayan gün Ordumuz Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərini, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər azad etdi. Bu, Ordumuzun gücünü göstərir, görünür ki, hər zaman döyüş hazırlığı vəziyyətinə hazır olub və bir gündə bu qədər böyük ərazini düşməndən təmizləyi bacarıb. Düşmən hər zaman ordusu ilə öyünürdü, qurduğu müdafiə xətlərini keçilməz adlandırırdı. Qarşısıalnmaz Ordumuz həmin müdafiə xətlərini bir həmlə ilə məhv etdi. Ermənistan və havadarları anladı ki, Azərbaycan Ordusunun keçə bilmədiyi maneə yoxdur”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
AHİK sədri bildirib ki, Cəbrayıl işğaldan azad olunan ilk şəhərimiz oldu və bunun sevinci bizim üçün ikiqat bayram idi: "Hər il avqustun 23-də - Cəbrayılın işğal olunması tarixidə ümidlə şəhərimizin bir gün azad olunacağını deyirdik və inanırdıq ki, o gün mütləq gələcək. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu tarixə düzəliş etdi. Artıq bu il xalqımız oktyabrın 4-nü Cəbrayılın düşmən tapdağından azad olunduğu gün kimi qeyd etdi və xalqımızın şərəf tarixinə çevrildi. Bu, Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsidir, döyüşlərdə iştirak etmiş hər bir zabit və əsgərimiz böyük şücayət göstərdi, onların bu kimi qəhrəmanlıqları xalqımızın yaddaşından heç vaxt silinməyəcək, şanlı tariximizə qızıl həriflərlə yazılacaq. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu, onların göstərdiyi qəhrəmanlıqlara verilən ən ali qiymətdir”.
Milli Məclisin deputatı qeyd edib ki, müharibə başa çatandan cəmi bir neçə gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Cəbrayıl rayonuna səfər etdi, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı: "Cəbrayılın azad olunmasının bir yaşında, oktyabrın 4-də cənab Prezident növəti dəfə Cəbrayıl rayonuna getdi. "KamAZ” ASC ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini, həmçinin Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu. Bundan başqa, dövlətimizin başçısı 110/35/10 kV-luq "Cəbrayıl” yarımstansiyasının açılışında iştirak edib. Bütün bunlar rayonun gələcək sosial-iqtisadi inkişafına və oraya qayıdacaq sakinlərin rahat həyat şəraitinə imkanlar açacaq və bütövlükdə bölgənin hərtərəfli inkişafına səbəb olacaq”.
XƏBƏR LENTİ
18:05 | PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB 21:03 | İmişli RİH-i yanında yaradılmış ictimai şura yeni tərkibdə ilk iclasını keçirib 12:18 | Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi 12:14 | Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var 12:11 | BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi 11:38 | MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... 11:35 | Bayden prezidentliyə namizədliyini geri götürdü 11:34 | Milli mətbuatın yaranmasından 149 il ötür 11:33 | Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi 12:48 | “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb 19:01 | VƏTƏNDAŞIN SALINDIĞI PROBLEM 14:04 | Şərəfli vəzifənin layiqli rəhbəri: NAZİM ƏSGƏROV 15:36 | İlham Əliyev Rusiya prezidentinə məktub göndərdi 15:33 | NATO Azərbaycanı seçir və ya bədxassəli aktorlara qarşı birgə “əməliyyat” - TƏHLİL 15:32 | Nazirlər Kabinetindən inflyasiya ilə bağlı AÇIQLAMA 21:13 | Suraxanı rayonunda Şəhid Muxtar Qasımlının Ad günü qeyd olundu.