İdman
ÇOX OXUNANLAR
20-01-2020, 20:31 Oxunub: 2373
Binə qəsəbəsindən şikayət: Gölməçəyə dönmüş yollar, zibil problemi
Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yollar bərbad vəziyyətdədir. Nəqliyyat vasitələri belə yolda çətinliklə hərəkət edir.Oxu.Az xəbər verir ki, bu barədə Binə qəsəbəsində yaşayan sakinlərdən biri paylaşım edib. Söhbət köhnə Binə bazarına gedən,146 nömrəli sərnişin avtobusunun hərəkət etdiyi yoldur.
Şikayətçinin sözlərinə görə, Binə qəsəbəsində demək olar ki, bütün yollar bu vəziyyətdədir:
“Hətta, yeni salınmış Ə.İsazadə küçəsində yağış yağan kimi gölməçələr əmələ gəlir. Bir az yağış yağandan sonra piyada keçidlərini keçmək mümkün deyil.
Sözügedən yoldan bir qədər irəli, sol tərəfdə “Ümid” uşaq evi yerləşir. Aidiyyəti qurumlardan bu məsələ ilə maraqlanmalarını xahiş edirəm. Bu balıq gölünə dönmüş küçələrlə uşaq evindəki uşaqlara hansı gələcəyi vəd edirik? Nə vaxta kimi belə davam edəcək?”
Sakinin sözlərinə görə, qonşular yığılıb öz hesabına küçələrə qum tökürlər.
Bundan başqa iddia olunur ki, hər cümə günü Bələdiyyənin təşkil etdiyi zibil maşını küçə qapılarına qoyulan zibil kisələrini götürmək üçün hər evdən 3 manatdan pul alır:
“Pul verməyən evlərin qapısındakı zibillər götürülmür. Hansı dövrdə yaşıyırıq? Vətəndaşa belə qayğı göstərirlər?”.
Ərazi üzrə İcra Hakimiyyəti və Bələdiyyə ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







