İdman
ÇOX OXUNANLAR
14-06-2021, 20:23 Oxunub: 42279
Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, "Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələrə start verilib. Məqsəd uşaqlarda onkoloji xəstəlik əlamətlərini erkən yaşlardan aşkarlamaq və vaxtında müvafiq müalicə tədbirləri həyata keçirməkdir.
7-12 iyun tarixlərində Ağdam, Bərdə və Tərtər rayonlarında start verilən müayinələr zamanı Milli Onkologiya Mərkəzinin peşəkar həkim heyəti tərəfindən müxtəlif yaş qrupundan olan, ümumilikdə 1200-dən çox uşaq ödənişsiz tibbi müayinələrə cəlb edilib. Aparılan müayinələr zamanı, həmçinin digər patologiya aşkar olunan xəstələrin ixtisaslaşmış tibb müəssislərinə müraciət etməsi tövsiyə edilib, yerində məsləhətlər verilib.
RİİB-in könüllüləri uşaqların müayinələrə cəlb edilməsi, mövcud karantin rejiminin tələblərinə uyğun növbələrin tənzimlənməsi və əhalinin tibbi maarifləndirilməsi tədbirlərinə dəstək veriblər.
Səyyar müayinələrin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, "Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxt və regionlarda mütəmadi olaraq ödənişsiz tibbi müayinə və müalicələr aparılır, tibbi maarifləndirilmə istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, eləcə də elmi-praktiki konfranslar, simpoziumlar təşkil edilir
aia.az
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu















