İdman
ÇOX OXUNANLAR
12-07-2021, 12:22 Oxunub: 72294
“Semaşko”da müayinə aparatı işləmir: Xəstələr narazıdır

1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.
Bu barədə "Report”a orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.
Taksikoloji-kimyəvi müayinələrin aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihaz hələ daha bir müddət işləməyəcək.
1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, sözügedən aparat bir müddətdir fəaliyyətini dayandırıb. Qeyd olunub ki, bu, cihazın ehtiyat hissələrində yaranmış nasazlıqla əlaqədardır.
Həmçinin bildirilib ki, artıq avadanlığın dəyişilməsinə zəruri olan detalların xarici ölkədən gətirilməsi üçün sifariş edilib:
"Biz də gözləyirik, bu həftəyə və yaxud gələn həftəyə gəlməlidir. Bu cihazlar bahalıdır və ehtiyat hissələri də xaricdən gətirilir. Ona görə də buna zaman lazımdır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olsa da, xəstəxanadakı laboratoriya onların tabeliyində deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilib.
Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, bu ilin aprel ayında "Semaşko”nun direktoru İlham Qafarov işdən çıxarılıb. Yeni direktor vəzifəsinə isə Könül Ələkbərova təyin olunub.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







