17-08-2021, 15:43 Oxunub: 2199

30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlikidi

 
30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlikidi

Ölkə Prezidenti  cənab İlham Əliyev bütün  dünyada  dövlətinin, millətinin haqqını, ölkəsinin mütərəqqi ruhunu, xalqının həyat eşqini, iradəsini, məqsədini, tərəqqi arzularını və bütün bunlardan  daha qüdrətli olan Vətən, torpaq sevgisini müdrik, orijinal siyasəti, yüksək qabiliyyəti, diplomatik gedişləri ilə nümayiş etdirir. 30 ilə qədərdir ki, Azərbaycan daha qəddar, daha rəzil, daha riyakar bir virusa qarşı, erməni aqressiyasına qalib gəlmək üçün ciddi addımlar atır. Ən nüfuzlu  qurumlar,  siyasi ustalığı ilə  tanınan dövlət rəhbərləri  bu təcrübənin təqdimatında Azərbaycanın həqiqətlərinə inanmaya bilmədi, bu reallıqlarda ehtiva olunan ədaləti rədd etməyi bacarmadılar. Çünki   küçələrdən hakimiyyətə  gəlmiş erməni rəhbərliyi  ilə   Azərbaycanın müdrik  siyasət ustadının müqayisəsində həqiqətlər üzə çıxdı. Uzun illər Azərbaycanın ev sahibliyi etdiyi  onlarla yüksək məramlı, hər dövlətə müyəssər olmayan ustalıqla  təşkil olunmuş müxtəlif istiqamətli tədbirlərdə xüsusi məqamlara, zənginliyə, müasirliyə, zövqə, dərin mənaya, gözəlliyə, millətə məxsus istedada, qonaqpərvərliyə  və bunların fövqündə sarsılmaz  vətənpərvərliyə nəinki xalqlar, hətta  dövlət rəhbərlərinin özləri də şəxsən şahid oldular.


Bu tərəqqi Azərbaycanın bütün sahələrində, həm də ən böyük prinsipiallıqla Azərbaycan Ordusunun müasir quruculuğunda özünü göstərdi. Azərbaycan bütün məqsədləri, sürətli inkişafı ilə sanki zamanı qabaqlamaq iddiasını təqdim edirdi. Bir zamanlar  əlçatmaz xəyal kimi görünən ən möhtəşəm layihələr  tez bir zamanda real həyata vəsiqə aldı. Müxtəlifyönümlü sammitlər, dialoqlar, humanitar  beynəlxalq forumlar, idman yarışları, müsabiqələr Azərbaycanın hansı  imkanlara, heyranedici cəhətlərə mailk olduğunu əyani göstərdi. Belə bir ölkənin bu yüksəkliyini yaradana, qurana qədər rəhbərin, onun xalqının hansı meyarlardan uğurla keçdiyini əyani olaraq isbat etdi. Bu yüksəlişdə hərb həvəsi, müharibə arzusu, məhv etmək, yıxmaq, talamaq, başqalarının tarixi nemətlərinə, bir qarış torpağına sahib çıxmaq həvəsi duyulmadı.

Türkiyənin bu münaqişəyə qəti mövqeyi bir çoxlarının müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı əlaqəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "CNN Türk” televiziya kanalına müsahibəsi zamanı bildirdi ki, əlbəttə, Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, əlbəttə, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq.

Bəli Cənab Prezident İlham Əliyev bu müharibə zamanı  qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Əlbəttə ki, müharibə itkisiz olmur. Cənab Prezident bu Qələbəmizlə bizə qürurumuzu qaytardı. Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali

Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir.
Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Cənab prezident bütün bu müsahibədə də bütün səmimiyyəti ilə məqsədyönümlü siyasətçi olduğunu bir daha sübut etdi. Bu müharibənin ağrı-acısını həm rəhbər, həmdə valideyn kimi necə ürək yanğısı ilə çəkdiyini çıxışında bildirdi. Hər şəhid xəbərini, övlad itirmək acısını ürək yanğısı ilə vurğuladı. Cənab Prezident verdiyi bu müsabiqədə bütün səmimiyyətini ortaya qoyaraq,baş verənləri,müharibə zamanı öz ailəsində  Mehriban xanım Əliyeva ilə etdikləri söhbətləri söyləməsi,hər bir kiçik  problemlərinə  qədər xalqının yanında olduğunu bir daha sübut etdi.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin mənimsənilməsinə əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.


Nübar Bayramova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru
Pressaz.az saytının rəhbəri Ramilə Atəş Fəxri Fərmanla təltif olunub – FOTO Pressaz.az saytının rəhbəri Ramilə Atəş Fəxri Fərmanla təltif olunub – FOTO Gündəm / Sosial Bu  nə  axmaq  adamdır...? Bu nə axmaq adamdır...? Gündəm / Köşə DÖVLƏT  YOL   POLİSİNİN  QANUNSUZ  ƏMƏLLƏRİNƏ  KİM  SON  QOYACAQ...? DÖVLƏT YOL POLİSİNİN QANUNSUZ ƏMƏLLƏRİNƏ KİM SON QOYACAQ...? Gündəm / Sosial İndi görən, nəyimin açıq qaldığı görünür...? İndi görən, nəyimin açıq qaldığı görünür...? Sosial / Köşə Ermənistan ordusunun Xocalıdakı döyüş texnikalarının peyk görüntüləri yayıldı-FOTOLAR Ermənistan ordusunun Xocalıdakı döyüş texnikalarının peyk görüntüləri yayıldı-FOTOLAR Gündəm / Siyasət