9-09-2022, 11:40 Oxunub: 2258

Avtoxuliqan onu saxlayan polislərə bıçaq çəkib? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda polis əməkdaşlarının üzərinə bıçaq çıxarılması iddiası ilə bağlı açıqlama verib.

 

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Manset.az-a bildirib ki, dünən bir sıra xəbər saytlarında İsmayıllı rayonunda gecə saatlarında avtoxuliqanlıq hərəkətləri edən sürücünün yol polisi əməkdaşları tərəfindən saxlanılarkən onun polis əməkdaşlarını guya bıçaqla hədələyərək hadisə yerindən yayınması barədə reallığı əks etdirməyən xəbər paylaşılıb. 

“Aydınlıq üçün bildirim ki, avqustun 30-da İsmayıllı RPŞ-nin yol-patrul xidmətinin əməkdaşları gecə saat 2 radələrində rayon ərazisində xidmətdə olarkən dövlət qeydiyyat nişanları olmayan VAZ-21011 markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini görüblər. Onlar maşının sürücüsünə “saxla” əmri versələr də, sürücü tabesizlik göstərərək hadisə yerindən yayınıb.

Görülmüş tədbirlərlə həmin şəxsin əvvəllər iki dəfə məhkum olunmuş, rayon sakini Elşən Qurbanov olması müəyyən edilib və o, saxlanılaraq polis şöbəsinə gətirilib”, - deyə DİN rəsmisi bildirib.

E.Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 25 sutka inzibati qaydada həbs edilib.

Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Gündəm / Kriminal DİQQƏT! Kamera çəkir - BNA-nın hədəfinə tuş gələn SÜRÜCÜLƏR OXUSUN DİQQƏT! Kamera çəkir - BNA-nın hədəfinə tuş gələn SÜRÜCÜLƏR OXUSUN Gündəm / Sosial İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR Sosial Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub - FOTO Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub - FOTO Gündəm / Sosial Bakıda taksi sürücüsünə hücum: Sifətinə yumruq vurub soydular Bakıda taksi sürücüsünə hücum: Sifətinə yumruq vurub soydular Gündəm / Hadisə
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim