14-07-2023, 12:04 Oxunub: 2161

Ombudsman: “Ermənistan beynəlxalq hüquq prinsiplərinə açıq hörmətsizlik edir”
















Kəlbəcərdə mülki şəxsin minaya düşməsi hadisəsinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva reaksiya verib.

Ombudsman bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir:

“Belə ki, cari il iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki şəxs mina partlayışı nəticəsində xəsarət alıb.

Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, sahibkarlıq subyektlərinin fəaliyyətinə, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verməsi ilə bağlı qəti addımlar atmağa çağırıram”.

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir” Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir” Siyasət Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Ermənistan işğalı nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ də naməlumdur - Beynəlxalq İtkinlər Günü Ermənistan işğalı nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ də naməlumdur - Beynəlxalq İtkinlər Günü Gündəm Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim