İdman
ÇOX OXUNANLAR
23-01-2020, 23:45 Oxunub: 2378
Kirayə mənzillər belə olacaq
Kirayə mənzillər üçün elektron müraciət ötən gün səhər saat 10:00-da başlamalı idi. Ancaq sayta daxil olanların çoxluğu səbəbindən elektron müraciətləri qeydə almaq mümkün olmayıb. İpoteka və Kredit Zəmanət Fondunun ötən gün elektron müraciətləri qəbul etməli olduğu elektron sistem çökdü və vətəndaşlar prosesi icra edə bilmədilər.
Mövzu ilə bağlı “Xəzər” TV süjet hazırlayıb.
Məsələ ilə bağlı açıqlama yayan İpoteka və Kredit Zəmanət Fondu elektron müraciətin müvəqqəti dayandırıldığını və problemin həll olunması ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəyini bildirib.
İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova qiymətlərin binaların yerləşdiyi yerdən asılı olaraq dəyişdiyini bildirib:
“Aylıq ödəmələrin dəyəri yaşayış sahəsinin dəyərindən və kirayə müqaviləsinin müddətindən asılı olaraq dəyişir”.
Tikintini həyata keçirən şirkətin baş mühəndisi binaların tikintisinin və otaqların təmirinin beynəlxalq standartlara uyğun olduğunu bildirir.
İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərin ipoteka kreditlərindən bir sıra üstünlükləri olduğunu açıqlayıb. Fondun kirayə mənzil departamentinin direktoru Ramil Tahirov bildirir ki, ipoteka kreditlərində vətəndaşlar üçün şərtlər daha ağırdır.
Ramil Tahirovun sözlərinə görə, adi kirayə evlərdən üstünlüyü isə budur ki, bu mexanizmdə sonda mənzil vətəndaşın özünə qalır. Ancaq adi kirayədə xərclənən pullar heç nə ilə əvəzlənmir.
XƏBƏR LENTİ
13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi







