İdman
ÇOX OXUNANLAR
17-01-2020, 23:51 Oxunub: 2329
Kirayə mənzillərə sahib olmaq üçün müraciət prosesi niyə gecikir? - Ekspert suallara aydınlıq gətirdi
İqtisadçı-ekspert Rəşad Həsənov “İpoteka və Kredit Zəmanət Fondunun Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” barədə Oxu.Az-a müsahibə verib: - Kirayə mənzillərə sahib olmaq üçün müraciət hələ başlanmayıb. Hansı səbəblərə görə bu proses gecikir?
- Bəli, bundan əvvəl ictimailəşdirilən məlumatlarda deyilirdi ki, 2019-cu ilin ikinci yarısından sonra kirayə mənzillər üçün müraciətlərə start veriləcək. İndiki halda məndə olan məlumata görə, müraciətlərin başlanılmasında texniki məsələlər tamamlanmayıb.
Böyük ehtimalla, hesab edirlər ki, ilkin müraciətlərdə tələb çox yüksək olacaq. Hesab olunur ki, hazırlanan platforma Mənzil İnşaatı Dövlət Agentliyinin sosial evlərlə bağlı taleyini yaşaya bilər. Buna görə də İpoteka və Kredit Zəmanət Fondu daha təkmil proqram hazırlamağa çalışır. Yəqin ki, yaxın həftələrdə bu proqrama start veriləcək.
- Bəs siz ekspert olaraq kirayə mənzillərin daha da əlçatan olması üçün hansı təkliflərlə çıxış edərdiniz?
- Birincisi ondan ibarətdir ki, mənzillərin seçimi üçün vətəndaşlara daha çox hüquq yaradılsın.
İndiki mexanizmlə mənzil fondunu İpoteka və Kredit Zəmanət Fondu formalaşdırır. Daha sonra müəyyən edilmiş şərtlər daxilində müvafiq mənzillər vətəndaşlara təklif edilir. Bu isə müəyyən çətinliklərə gətirib çıxara bilər. Həmçinin, Fondun əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində öhdəliyinin effektivliyini aşağı sala bilər.
Seçim imkanının olmaması ailələrin uzunmüddətli dövrdə mənzil problemlərinin həllində çətinlik yaradır. Buna görə də belə məqamların nəzərə alınmasına ehtiyac var. Təbii ki, müvafiq şərtlər daxilində insanlar özləri mənzillərin yerini müəyyənləşdirməlidir.
Bu, daha yaxşı variantlardan biri hesab olunur. Digər təklifim isə bundan ibarətdir ki, mənzili olanlar və ya son bir il ərzində adına olan mənzili özgəninkiləşdirmiş şəxslər üçün mexanizmdən yararlanma hüququnu məhdudlaşdırılsın.
İndiki halda isə belə bir məhdudiyyət yoxdur. Görünən odur ki, evsizlər deyil, mənzil sahibləri evlərinin sayını artırmaq üçün bu proqramdan istifadə edə bilərlər.
Bu da bəllidir ki, Azərbaycanda ipoteka kreditlərindən bir çox hallarda biznes maraqları üçün istifadə olunub.
İnsanlar düşünməlidir ki, dövlət vəsaiti hesabına maliyyələşdirilən bu layihələrdən mənzilsiz şəxslər yararlanmalıdır.
- Kirayə mənzilə müraciət üçün tələb olunan şərtlərdən biri budur ki, rəsmi gəlir mənbəyi göstərilsin. Bu olmazsa, həmin müraciət edən şəxsin biznes gəliri təhlil olunacaq. Rəsmi gəlirlərlə bağlı məsələni sadə şəkildə necə izah edərdiniz?
- Əsas məqsəd bundan ibarətdir ki, rəsmi gəlir ailə üzvlərinin minimum istehlak səbətinə uyğun olaraq dolanışığını təmin etsin. Gəlirin yerdə qalan hissəsi isə aylıq kirayə haqqını ödəmək qabiliyyətində olmalıdır. Bəzi hallarda niyə rəsmi gəlirin tələb olunması ilə bağlı suallar ortaya çıxır. Rəsmi gəlirlə bağlı tələb ailənin strukturundan asılı olaraq dəyişir. Buna görə də qanunvericilikdə rəsmi gəlirin konkret məbləğinin göstərilməsi mümkün deyil.
Əgər ailədə beş nəfərsinizsə, yaşayış minimumun məbləği beşə vurulur. 2020-ci il üçün yaşayış minimum 190 manatdır. Yerdə qalan gəlirdən isə məbləğ qaldıqda aylıq kirayə haqqı həmin həcmdə olur. Buna uyğun da mənzil təklif olunacaq.
- Əsas məsələlərdən biri də budur – ilkin mərhələdə satışa çıxarılan mənzillərin sayı nə qədər ola bilər?
- Azərbaycanda hər il il ərzində 35-40 min yeni ailə qurulur. Bunların isə 70-80 faizinin mənzilə ehtiyacı var. Müxtəlif hesablamalara görə, əhalinin 30 faizinin şəxsi mənzilləri yoxdur ki, onlar da potensial alıcıdırlar. Strateji yol xəritələrində də göstərilir ki, il ərzində mənzil bazarında tələb 30 min civarındadır. Bunlar nəzərə alınsa, indiki proqram problemin çox cüzi bir hissəsinin aradan qaldırılmasına çata bilər. Güman edilir ki, il ərzində 300-500 mənzil kirayə mənzil layihəsi çərçivəsində vətəndaşlara təqdim edilsin. Bundan artıq gözlənilmir.
- Şərtlərdə belə bir məqam var ki, məhkumluğu, müraciət anına vaxtı keçmiş öhdəlikləri, yaşı 60-dan yuxarı olmayan vətəndaşlar kirayə mənzilləri əldə etmək hüququndan istifadə edə bilər. Biz yaş məsələsini qabartmaq istərdik. Birinin yaşı 60-dan yuxarıdırsa, amma rəsmi gəliri çoxdursa, şərtlərə uyğundursa, bu zaman Fondun tələbini belə şəxslərə də münasibətdə düzgün yanaşma hesab edə bilərikmi?
- Düzgün yanaşmadır. Müəyyən xərclər var ki, o, mənzilin maya dəyərinə oturdulur. Bu kontekstdən yanaşsaq, sonrakı ödəmə müddəti ilə pensiya yaşı arasında korelyasiyanın qurulması zərurəti yaranır.
XƏBƏR LENTİ
10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi 13:32 | Uğurun zirvəsinə aparan yol – iş adamı Hasil Nurullayevin nümunəvi fəaliyyəti 19:36 | Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur? 18:20 | Prezident bu hərbçiləri təltif etdi (SİYAHI) 18:14 | İSMAYILLI SƏHİYYƏSİ İNKİŞAF YOLUNDA 17:17 | «Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL 18:57 | Dövlətə sədaqətli rəhbərliyin nümunəsi – Məzahir Əliyev 11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur










