İdman
ÇOX OXUNANLAR
13-11-2019, 11:42 Oxunub: 2393
Növbəti sosial evlər nə vaxt satışa çıxarılacaq? - RƏSMİ

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi Yasamal Yaşayış Kompleksində 2019-cu il oktyabrın 16-da “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 284-nün alqı-satqısı uğurla başa çatdırılıb.
Bu barədə Lent.az -a MİDA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin mənzillərdən 2-si oktyabrın 18-də mənzili gözləmə qaydasında birinci sırada seçilmiş şəxslər tərəfindən əldə edilib. Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi qaydalara uyğun davam etdirilir.
Güzəştli şərtlərlə əldə edilmiş 284 mənzildən 49-u 1 otaqlı, 159-u 2 otaqlı, 76-sı isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 140-ı mənzili öz vəsaiti hesabına, 144-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Məlumatda bildirilib ki, tezliklə Yasamal Yaşayış Kompleksində qalan mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.
Bununla əlaqədar mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməlidir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”na əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu









