İdman
ÇOX OXUNANLAR
27-10-2021, 12:18 Oxunub: 723 401
“Bərdə terrorundan reportaj yayımlayan fransız jurnalisti işdən çıxardılar, amma...”

"Bu gün erməniləri müxdafiə edənlər utanmalıdır. Düzdür, onlarda utanan üz yoxdur və Azərbaycan əleyhinə uydurduqları müxtəlif böhtanlarla düşmənin müharibə dövründə mülki əhaliyə qarşı törətdiyi cinayətləri ört-basdır etməyə çalışırlar. İndi Azərbaycan bu məsələlərin hamısını toplayıb beynəlxalq məhkəməyə göndərib”
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli Bərdə terroru haqda danışarkən deyib. Q.Hüseynli ermənilərin bu yalanını ört-basdır edən havadarlarına da səslənib:
"Müharibə gedəndə Avropanın ən inkişaf etmiş xalqlarından olan Fransa və onun səfeh prezidenti Makron Azərbaycana qarşı böhtan ataraq deyirdi ki, guya Azərbaycan Ordusu müharibəni qaydalara uyğun aparmır, həm erməni ordusuna qarşı döyüşlərdə, həm də mülki əhaliyə qarşı genosid həyata keçirir. "Deyir ki, adımı qoyum sənə, səni də qoyum yana-yana”. Amma Azərbaycan Ordusu Beynəlxalq Cenevrə konvensiyasının şərtlərinə uyğun olaraq müharibə aparırdı. Birbaşa düşmənlə üzbəüz vuruşurdu.
Ermənilər Bərdəyə də "Smerç” raketlərindən atəş açırdılar. Gündüz, əhalinin öz işiylə məşğul olduğu vaxt ermənilər bir ay ərzində üç dəfə Bərdəyə raket atdılar. Sonuncu raket daha dağıdıcı oldu. Bu raket Bərdə bazarının yaxınlığına düşmüşdü. Ermənilər müharibə meydanlarından qaçdıqdan sonra bizim əhalini panikaya salmağa, onlarda qorxu hissi yaratmaq üçün mülki əhalinin yaşadığı bölgələri raket atəşinə tuturdular. Həmin raket atəşlərinin dəhşətli nəticələri həm Bərdədə, həm də Gəncədə əyani sürətdə özünü göstərdi. Bir ona şükür edirəm ki, raketlər Bərdəyə düşərkən Tərtərdən Bərdəyə gələn fransız jurnalistlər raketin səsini eşidib hadisə yerinə gəliblər və görüblər ki, Bərdədə hansı mənzərə yaranıb. Yanğın, od tutub alışan maşınlar, yerlə-yeksan edilmiş kiçik ticarət obyektləri və qan içində çabalayan yaralanmış insanlar. Bu erməni vandalizminin, barbarlığının əyani ifadəsi idi. Bunun qədər dəhşətli hadisə eyni zamanda, Gəncədə də baş verdi. Tərtəri çoxları Azərbaycanın Stalinqradı adlandırır və bunu da nahaq yerə demirlər. Tərtər isə artilleriyadan, raketlərdən demək olar ki, hər gün atəşə tutulurdu. Tərtərin zərər görməyən kəndi yoxdur. Üstündən keçən bir il ərazidə bu hadisədə şəhid olanlarımıza Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.
Ermənilərin Mingəçevir Su anbarını partlatmaq üçün atdıqları "İsgəndər-M” raketləri İsraildən aldığımız "Günbəz" tipli hava hücumundan müdafiə sistemləri ilə ən azı iki dəfə zərərsizləşdirilib. Eyni raketlərlə Bakının dənizdəki neft buruqlarına atəş açmışdılar və onları da havada zərərsizləşdirdilər. İndi Ermənistanın təəssübünü çəkən istər Rusiya, Amerika və istərsə də əvvəllər özünü Avropanın mədəni xalqı adlandıran abırsız fransızlar susmalıdırlar. Azərbaycan bu hadisələrin hamısını beynəlxalq məhkəmələrə çıxarır və orda onlara hüquqi qiymət verilməsini tələb edir.
Fransadan olan jurnalist Bərdədəki hadisəylə bağlı 45 dəqiqəlik reportaj hazırlayıb və televiziyada da yayımlayıb. Amma həmin hadisədən sonra onu televiziyadan kənarlaşdırıblar. Düzdür, sonradan o, məhkəmə vasitəsilə işinə bərpa olunub. Bu gün dünya ədalətlə idarə olunmur, dünyada islamafobiya, türkəfobiya kabusu xüsusən Avropada və Şimali Amerikada dolaşmaqdadır. Çox təəssüf edirəm ki, sayları beş milyona qədər olan dılğır erməni millətinin, sayı əlli milyondan çox olan Azərbaycan millətinə qarşı belə zülmlərin edilməsinə göz yumurlar”.
Qeyd edək ki, bu gün Vətən müharibəsi zamani ermənilərin Bərdəni raket atəşinə tutmasından bir il ötür. 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid olub, 14 nəfər isə xəsarət alıb. Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







