İdman
ÇOX OXUNANLAR
25-11-2019, 11:36 Oxunub: 2405
Nar kimlərə ziyanlıdır? - DİQQƏT!

Nar dənələri B, C vitaminləri, kalium, maqnezium, manqan, yod, dəmir və digər elementlər, həzmə kömək edən faydalı turşularla zəngindir.
e-tibb.az xəbər verir ki, nar şirəsi iştahanı, mədə turşuluğunu artırır. Nar qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, hemoqlobin və qırmızı qan hüceyrələrinin sintezini artırır. Buna görə də nar anemiya, hemoqlobin azlığı və halsızlıq zamanı tövsiyə edilir. Ancaq bilmək lazımdır ki, nar şirəsi yüksək turşuluğu olanlar, xora və qastritdən əziyyət çəkən insanlar üçün birmənalı olaraq ziyanlıdır.
Xroniki qəbizlik zamanı da nardan çəkinmək lazımdır.
Bundan başqa, turşularla zəngin olan nar şirəsi dişin emalına da zərər verə bilir.
Ona görə də nar suyunu ya su ilə qarışdırmaq, ya da borucuqla içmək məsləhət görülür. İçən kimi isə ağızı yaxalamaq lazımdır.
Bu meyvənin qabığının bir sıra faydalı xüsusiyyətlərinin olduğu bildirilsə də, nar qabığı özündə az miqdarda da olsa zəhərli maddələri ehtiva edir. Ona görə ondan yararlanmaq istəsəniz, həkimlə məsləhətləşməlisiniz.
e-tibb.az
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







