İdman
ÇOX OXUNANLAR
6-11-2019, 22:26 Oxunub: 2377
Ekspertdən küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ

Payız və qış fəslində qida rasionumuza əlavə etdiyimiz məhsullardan biri də balıqdır. Daha çox bu fəsillərdə balıqların satışına müxtəlif yerlərdə rast gəlirik. Həmin satış nöqtələrinin standartlara cavab verdiyi də var, antisanitariya şəraitində satılanları da.
Balıqlar necə və hansı şəraitdə satılmalıdır? Standartlara cavab verməyən ərazilərdən alınan balıqlar insan həyatı üçün təhlükəlidirmi?
Mövzu ilə əlaqədar Yeniavaz.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov harada və necə gəldi satılan balıqların təhlükəli olduğunu dedi.
O bildirdi ki, balıqlar ya su ətrafında çıxarıldığı yerdə diri-diri satılmalıdır, ya da ki təchiz olunmuş mağazalarda buz içərisində saxlanılaraq satılmalıdır:
"Buzlu soyuducular elə olmalıdır ki, alıcılar balığa əli ilə toxuna bilsin. Balıqlar belə şəraitdə saxlanılıb satılmalıdır. Balıq nə qədər qida üçün əlverişli məhsul olsa da, o qədər də təhlükəlidir. Yəni insan həyatı üçün 1-ci qrup risk dərəcəsi olan məhsullardan biridir. Xüsusən hisə verilmiş balıq daha təhlükəlidir və qorxuludur. Ona görə də insanlara hardan gəldi, necə gəldi balıq almaq məsləhət görülmür”.
Dondurulmuş balıqların içərisində də təhlükəli olan balıq məhsullarının da ola biləcəyini deyən E. Hüseynov qeyd etdi ki, balıq satış məntəqəsinə gətirilənə kimi hansı şəraitdə, hansı proseslərdən keçdiyini nəzərə almaq lazımdır:
"Balıq tutulandan sonra satış yerlərinə mütləq dondurucularda gətirilməlidir. Çünki balıq istehlakçıların süfrəsinə çatdırılana qədər müəyyən risk zəncirlərindən keçir. Zəncirin halqası harada zəifdirsə zəhərlənmə ordan baş verə bilər. Balığın təzə olub-olmamasının ən yaxşı üsulunun laboratoriya şəraitində yoxlamaq lazımdır. Balığın kölnə olduğunu bilmək üçün bir neçə sadə üsul var. Barmaqla basırsan batıq qalırsa, pulları tökülübsə, pis qoxu gəlirsə, qulağın altında selik varsa həmin balıq köhnədir. Balıq dəyişdirilə bilən və qaytarılan məhsullar sırasındadır. Bütün hallarda istehlakçıların bu sahədə problemləri varsa 1003 telefon xətti ilə Qida Təhlükəsizlik Agentliyinə məlumat verə bilərlər”.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







