22-08-2022, 15:58 Oxunub: 2193

Polislərin fotolarının sosial şəbəkədə yayılmasına - DİN-dən reaksiya

Nəsimi RPİ-nin əməkdaşı tərəfindən AXCP fəalı Rəhimova Gülnarə Akif qızına qarşı Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət edilib.

 

 G.Rəhimovanın sosial şəbəkələrdə yaydığı görüntülərlə bağlı polis əməkdaşları ondan şikayətçi olublar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti mövqeyini açıqlayıb. Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Manset.az-a bildirib ki, xidmət aparan polis əməkdaşlarının fotoşəkilləri bəzi sosial şəbəkə səhifələrində yayılır, müxtəlif məzmunlu şərhlər verilir, onların təhqirə və hədələrə məruz qoyulması halları baş verir:

“Bu, birmənalı qarşılanmır və hüquq müstəvisində tədbirlər görülür. Bəzi xanımlar var ki, onların hərəkətlərində kifayət qədər təhqir və böhtanla bağlı hüquqi əsaslar olsa da, indiyə qədər səbr, təmkin göstərilib. Dəfələrlə kütləvi tədbirlərdə, sosial şəbəkələrdə əməkdaşlarımız qəsdlə, məqsədli olaraq, hədə və təhqirlərə məruz qalıblar, fotoşəkilləri paylaşılaraq linç ediliblər. Bu, heç kimsə sirr deyil və aşkar formada həyata keçirilib. Bunlarla bağlı sosial şəbəkələrdə və DİN-də arxivləşdirilən görüntülər – sübutlar var. Etiraf edilməlidir ki, tərəfimizdən indiyə qədər heç bir fakt sübuta çevrilməklə hansısa xanıma qarşı iddia qaldırılmayıb. Nəticədə bu təmkin bəzilərində arxayınçılıq yaradıb.

Görünən odur ki, hüquqi və etik baxımdan onlar hədə və təhqir dolu aqressiv davranışlarını həm də ona görə nümayiş etdiriblər ki, onlara qarşı polis tərəfindən məsuliyyət yaradan məhkəmə iddiası qaldırılmayacaq. Ancaq hara qədər polis əməkdaşları məqsədli olaraq, hədə və təhqirlərə məruz qalıb, fotoşəkilləri paylaşılaraq linç ediləcək?”

Elşad Hacıyev əlavə edib ki, polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd davranış inzibati və cinayət məsuliyyəti yaradır.

Xidmət rəisini hədələyən tutuldu, Mübariz İbrahimovu təhqir edən isə hələ "tapılmayıb" Xidmət rəisini hədələyən tutuldu, Mübariz İbrahimovu təhqir edən isə hələ "tapılmayıb" Gündəm / Sosial Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Gündəm “İqbal Ağazadənin evinə girən şəxs ruhi xəstədir” – BAKI POLİSİ “İqbal Ağazadənin evinə girən şəxs ruhi xəstədir” – BAKI POLİSİ Gündəm / Sosial Hacı İsmayılov: Afaq Bəşirqızı bir neçə sənətçi ilə ağız-ağıza verib, qan-qaraçılıq yaradır Hacı İsmayılov: Afaq Bəşirqızı bir neçə sənətçi ilə ağız-ağıza verib, qan-qaraçılıq yaradır Gündəm / Mədəniyyət Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim