17-05-2023, 16:27 Oxunub: 2228

Şamil Ayrım: “Zəngəzur dəhlizinin açılması gündəmimizdəki ən vacib məsələlərdən biri olacaq”
















“Zəngəzur dəhlizinin açılması gündəmimizdəki ən vacib məsələlərdən biri olacaq”.

Bu fikirləri “Report”un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkili Şamil Ayrım bildirib.

Mayın 14-də keçirilən prezident və parlament seçkilərini dəyərləndirən millət vəkili deyib ki, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə bu qədər böyük tərkibli ittifaqlar seçki kampaniyası aparıb:

“Nəticələrdən də görünən odur ki, Cümhur İttifaqı çox məhsuldar fəaliyyət göstərib. Prezident Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası zamanı Türkiyəni qarış-qarış gəzdi. Millət vəkilliyinə namizədlər də yerlərdə aktiv seçki kampaniyası nümayiş etdirdilər. Nəticədə xalqımızın milli iradəsi qalib gəldi. Türkiyə Böyük Millət Məclisində (TBMM) yenə də böyük üstünlüyü Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri qazandılar. Bu, çox önəmli bir məsələdir.

Prezident seçkisi də Rəcəb Tayyib Ərdoğanın xeyrinə olmaqla ikinci tura qaldı. İnanırıq ki, bu dəfə də xalqın iradəsi qalib gələcək. Seçki sakit, qalmaqalsız başa çatdı. Biz Avropaya və bütün dünyaya demokratik seçki necə keçirilir, bunu nümayiş etdirdik”.

TBMM-də bir çox yeni layihələrə start verəcəyini bildirən millət vəkili bildirib ki, bu layihələr arasında Azərbaycanla bağlı məsələlərə böyük əhəmiyyət verilir:

“Türkiyənin həll olunması lazım olan bəzi problemləri var ki, bu, Cümhur İttifaqı vasitəsilə həll ediləcək. Zəngəzur dəhlizinin açılması məsələsi gündəmimizdə ən vacib məsələlərdən biri olacaq. Ermənistanın yanlış davranışına qarşı ciddi mübarizə aparacağıq”.

Millət vəkili seçki kampaniyası müddətində başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına göstərdiyi həmrəylik, diqqət və qayğıkeşliyə görə təşəkkür edib.


Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Rusiya PKK-nı terrorçu saymırsa... - Bu iki ölkə necə müttəfiq ola bilər? Rusiya PKK-nı terrorçu saymırsa... - Bu iki ölkə necə müttəfiq ola bilər? Gündəm / Dünya Kamaləddin Qafarov:“Zəngəzur dəhlizi bütün region ölkələri üçün yeni imkanlar yaradacaq” Kamaləddin Qafarov:“Zəngəzur dəhlizi bütün region ölkələri üçün yeni imkanlar yaradacaq” Gündəm / Siyasət / İqtisadiyyat
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim