İdman
ÇOX OXUNANLAR
22-10-2019, 10:27 Oxunub: 2337
Rusiya PKK-nı terrorçu saymırsa... - Bu iki ölkə necə müttəfiq ola bilər?

Türkiyənin iqtidar mediası anlaşmanı “Sülh çeşməsi” əməliyyatında əldə olunan uğurların masada təsdiqi və zəfər kimi qiymətləndirdiyi halda, müxalifət bu razılaşmanı ABŞ-ın basqılarından, Trampın Ərdoğana müraciətlə “axmaq olma, gəl anlaşaq” cümləsinin əksini tapdığı məktubunun mediaya ötürülməsindən, Ərdoğanın öncəki günlərdə atəşkəsi qətiyyətlə rədd etməsindən, öncə Mayk Pensi qəbul etməyəcəyini bildirib, sonra görüşməsindən, ABŞ-da Rza Zərrab məsələsinin (Türkiyə rəhbərliyinə azı 80 milyon dollar rüşvət verilməsi iddiaları, “Halkbank”a qarşı milyardlarla dollar cərimə kəsilməsi riski) təkrar gündəmə gətirilməsindən, Ərdoğan ailəsinin xaricdəki mal varlığının araşdırılması barədə Konqresdə məsələ qaldırılmasından sonra imzalanmasını, Ankaranın geri addımı kimi dəyərləndirir.
Bəs, Ərdoğan-Pens razılaşması Ankara üçün diplomatik zəfərdir, yoxsa geri addım?
Redaktor.az bildirir ki, politoloq Şahin Cəfərli məsələyə münasibət bildirib.
Politoloq hesab edir ki, bu suala cavab tapmaq üçün Türkiyənin “Sulh çeşməsi” əməliyyatı ilə nəyi hədəflədiyini dəqiqləşdirmək lazımdır:
“Əvvəla, Türkiyə Fəratın şərqində, İraq sərhədinə qədər olan 480 kilometrə yaxın uzunluqdakı zolağı nəzarətə götürərək, cənuba doğru 30-35 kilometr dərinliyi olan ərazidə təhlükəsizlik (bufer) zonası yaratmaq istəyirdi. İkincisi, məqsəd regionda kürd separatçı-terrorçu hərəkatının Suriya qolu olan YPG qruplaşmasını məhv etmək idi. ABŞ-la əldə olunan razılaşmada təhlükəsizlik zonasının parametrləri göstərilməyib və bu məsələdə qeyri-müəyyənlik var. Şimal-şərq zolağının PYD-YPG-nin əlindəki bütün hissələri bu zonaya aid ediləcəksə, onda bu, Türkiyənin ciddi uğurudur. Yox, söhbət Türkiyənin son əməliyyat zamanı nəzarətə götürdüyü Tel-Abyad – Resulayn xəttindən gedirsə, onda bunu böyük uğur kimi qiymətləndirmək olmaz. Əməliyyatlara 5 gün fasilə verilməsinə qədər Türkiyənin ələ keçirdiyi ərazi zolağın 15%-i həcmindədir. Digər tərəfdən, son günlər YPG-nin Rusiya və Əsəd rejimi ilə razılaşmasına uyğun olaraq, kürd qüvvələri Menbiç şəhərini, eləcə də Türkiyə sərhədindəki Kobani, Qamışlı kimi önəmli məntəqələri mərkəzi hökumətə təhvil verdi. Yəni şərqdə İraq sərhədinə, qərbdə Türkyənin əlindəki Cerablusa qədər olan əraziləri vahid zolaq kimi birləşdirmək üçün adı çəkilən yerləri Əsədin əlindən almaq lazımdır. Bu isə yalnız Rusiyanın qərarı ilə mümkündür. Türkiyə tərəfi ümidlidir ki, ayın 22-də Soçidə Ərdoğan və Putin arasındakı görüşdə bu barədə razılıq əldə etmək mümkün ola bilər”.
Ş. Cəfərli Ərdoğan-Pens anlaşmasında əksini tapmış digər məqamlara da toxunub:
“YPG qüvvələrinin 32 km dərinliyə malik olacaq təhlükəsizlik zonasından çıxarılması, onların həmin ərazidəki bütün istehkamlarının sökülməsi və ABŞ tərəfindən verilmiş ağır silahların geri alınması müsbət məqamlardır. Lakin burada cənuba çəkiləcək YPG-nin məhvindən söhbət getmir. Bu qruplaşma ciddi beynəlxalq dəstəklə yerli aktor olaraq mövcudluğunu davam etdirəcək”.
Politoloq bildirib ki, Əsəd və Rusiyanın himayəsinə girmiş YPG-nin bundan sonra ABŞ-ın sözünü nə dərəcədə dinləməsi və Ankara-Vaşinqton razılaşmalarına əməl etməsi də sual altındadır:
“Digər bir maraqlı məqam ABŞ Konqresinin Türkiyəyə qarşı sanksiyaları təxirə salıb-salmayacağı ilə bağlıdır. Ümumilikdə “Sülh çeşməsi” əməliyyatının hələlik Türkiyə üçün ən önəmli nəticəsi budur ki, PYD-YPG Fəratın şərqində təkbaşına hökmranlığından məhrum oldu. Onların Əsədə sığınıb öz mövcudiyyətlərini qoruması Türkiyə hökuməti üçün arzuolunmaz variantdır, lakin hər halda, sərhəd xəttinə YPG əvəzinə mərkəzi hökumətin nəzarətinin bərpası Türkiyənin dövlət maraqları baxımından daha məqsədəuyğundur. Yəni Ankara bu əməliyyatla istəmədən də olsa, Suriya mərkəzi hökumətini sərhədə gətirdi. Bir sözlə, Türkiyə-Suriya sərhədinin Fəratın şərqindəki hissəsində PKK-nın Suriya qolunun yaratdığı de-fakto idarəçilik önəmli ölçüdə dağılmış oldu. Amma bu, Suriya kürdlərinin siyasi çözüm zamanı status almayacağı anlamına da gəlmir. PYD-YPG yalnız Türkiyə tərəfindən teror təşkilatı kimi tanınır, ABŞ, Rusiya, Avropa, Çin, Orta Şərq ölkələri, bir sözlə, dünya tərəfindən Suriya kürdlərinin legitim təmsilçilərindən biri kimi qəbul olunur. Onların Moskvada rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Yeri gəlmişkən, Rusiya heç PKK-nı da terrorçu saymır. Bütün bunlar Türkiyənin işini çətinləşdirən amillərdir. Böyük ehtimalla siyasi həll mərhələsində Suriya kürdlərinə adı muxtariyyət olmasa belə, hansısa formada özünüidarə statusu veriləcək”.
XƏBƏR LENTİ
10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi 13:32 | Uğurun zirvəsinə aparan yol – iş adamı Hasil Nurullayevin nümunəvi fəaliyyəti 19:36 | Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur? 18:20 | Prezident bu hərbçiləri təltif etdi (SİYAHI) 18:14 | İSMAYILLI SƏHİYYƏSİ İNKİŞAF YOLUNDA 17:17 | «Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL 18:57 | Dövlətə sədaqətli rəhbərliyin nümunəsi – Məzahir Əliyev 11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur










