9-07-2023, 11:21 Oxunub: 2152

Xəzərdəki zəlzələdən sonra satışa çıxarılan mənzillərin sayı artıb


Zəlzələyə görə torpaq sahələri və fərdi yaşayış evlərinin qiyməti bahalaşıb.

“Xezerxeber.az”ın məlumatına görə, bir neçə gün öncə Xəzər dənizində qeydə alınmış 5.5 maqnitudalı zəlzələnin bəzi ərazilərdə də hiss olunması insanları təşvişə salıb.

Rieltor Mülkədar Rüstəmov deyir ki, bu hal son bir həftə ərzində qiymətlərə ciddi təsir edib.

Rieltorun sözlərinə görə, çoxmərtəbəli binalarda yaşayan sakinlər, xüsusən də yüksək mərtəbələrdə yaşayanlar mənzillərini artıq satışa çıxarıblar. Buna səbəb yeraltı təkanları həmin mənzillərdə daha çox hiss olunmasıdır. Eləcə də təkanların daha çox hiss olunduğu müəyyən ərazilərdə daha çox mənzil satışa çıxarılıb.

Mülkədar Rüstəmov qeyd edib ki, paytaxtın bəzi yerlərində yerləşən torpaq sahələri və ya fərdi yaşayış evləri müştərilərə daha çox maraqlıdır.

Rieltor onu da deyib ki, zəlzələ zamanı insanların yaşayış binalarının qarşısına toplaşması təhlükəsizlik baxımından doğru deyil. Hətta bəzi binaların toplanış məntəqəsi olmadığından sakinlər yaxınlarının fərdi yaşayış evlərinə üz tuturdular. Bu isə daşınmaz əmlakın bu növünə olan tələbatın artdığını bir daha göstərir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Baş nazirdən mənzil satışı ilə bağlı VACİB QƏRAR Baş nazirdən mənzil satışı ilə bağlı VACİB QƏRAR İqtisadiyyat Bakıda evlərin qiyməti 2 dəfə BAHALAŞACAQ - Bu tarixdən... Bakıda evlərin qiyməti 2 dəfə BAHALAŞACAQ - Bu tarixdən... Gündəm / Sosial Ölkəmizdə tikilən binalar neçə ballıq zəlzələyə davamlıdır? Ölkəmizdə tikilən binalar neçə ballıq zəlzələyə davamlıdır? Gündəm Alpinist kurslarında iştirak etmiş şəxs evlərə girərək 2 milyon manatlıq oğurluq edib - FOTO Alpinist kurslarında iştirak etmiş şəxs evlərə girərək 2 milyon manatlıq oğurluq edib - FOTO Hadisə Ölkə mediasında barəsində yazılanları vecinə almayan Sumqayıtın icra başçısı Zakir Fərəcovu, nəhayət, bir konstruksiya üçün, onun şəhid ailəsindən nə qədər pul tələb etməsi ilə bağlı bir video-çəkiliş təşvişə saldı Ölkə mediasında barəsində yazılanları vecinə almayan Sumqayıtın icra başçısı Zakir Fərəcovu, nəhayət, bir konstruksiya üçün, onun şəhid ailəsindən nə qədər pul tələb etməsi ilə bağlı bir video-çəkiliş təşvişə saldı Gündəm
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim