13-08-2023, 11:30 Oxunub: 2233

Müqəddəs zirvədə olanlar


Vətən qaladır. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə qanları ilə tarix yazırlar. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.
Vətən sevdalısı igidlərimizin adı vətənimizin hər bir guşəsində əbədiləşdirilir. Onların oxuduqları məktəblərə, yaşadıqları küçələrə adları verilir. Bəzən bir məktəbin ayrı-ayrı sinifləri qəhrəmanların adlarını əks etdirir. Nəticədə həm qəhrəmanlarımızın adları daim yaşayır, həm də bu siniflərdə oxuyan uşaqlar bu igidlərə bənzəməyə çalışır, öz davranışlarında daha ciddi olur, bu sinifdə oxumağa layiq olduqlarını isbat etməyə çalışırlar.
Müqəddəs zirvədə olanlar
Bakının Qala qəsəbəsində əhalinin istifadəsinə verilmiş Ramiz Qasımovun adını daşıyan 216 saylı məktəbin Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan 4B sinfinin şagirdləri də bu ənənəyə sadiqdirlər. Həm yaxşı oxuyur, həm davranışları ilə digərlərindən seçilir, həm də tez-tez qəhrəmanın evində olur, valideynləri ilə görüşür, onları sevindirirlər.
Müqəddəs zirvədə olanlar
        07.02.2023-сü il tarixində də öz şücaəti, cəsurluğu, igidliyi, mərdliyi ilə dünyaya səs salan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Bu səbəblə 4b sinif şagirdləri öz sinif müəllimləri, davranışları, şagirdlərə münasibəti, savadı ilə başqalarından seçilən Gülbəniz Əsgərovanın və valideynlərin təşkilatçılığı ilə 29 yanvar 2023-cü il tarixində tədris ilinin birinci yarımil tətilində Qəhrəmanın Biləsuvar rayonunda yerləşən ev-muzeyini ziyarət etdilər. Ziyarətin əsas məqsədi şagirdlərə vətənpərvərlik hissini aşılamaq, qəhrəmanlarımızın həyatı və döyüş yolunu daha yaxından şagirdlərə tanıtmaqdan ibarət idi. Şagirdlər ziyarət zamanı qəhrəmanın ev muzeyində olan bütün əşyalarını, sənədlərini, ondan qalan xatirə şəkillərini maraqla seyr etdilər, qəhrəmanı boya-başa çatdıran valideynləri: atası Ağakərim müəllim və anası Şamama xanımla görüşdülər.  
Müqəddəs zirvədə olanlar
Maraqlı və qürurverici söhbətlər apardılar. Qəhrəmanın valideynlərinə yazdığı son məktubunu böyük maraqla oxudular həm kədərləndilər, həm qürurlandılar. Qəhrəmanın şərəfinə şeirlər söylədilər. Biləsuvar rayonunda qəhrəmanın adının verildiyi lisey-məktəbi ziyarət etdilər. Bu ziyarət şagirdlər üçün həm qürurverici oldu, həm də maraqlı anlarla yadda qaldı.
    Mübariz İbrahimov Azərbaycan xalqııının qəhrəmanlıq rəmzlərindən: minlərdən, milyonlardan biridir!  
Müqəddəs zirvədə olanlar


Mən Poladdan yazıram Mən Poladdan yazıram Gündəm / Sosial Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm Nəcib bir insan-Zərifə Quliyevanın şərəfli ömür yolu Nəcib bir insan-Zərifə Quliyevanın şərəfli ömür yolu Gündəm Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm İŞİD-çi qadından ŞOK sözlər: Azərbaycanlı uşaqlar Türkiyə ordusuna qarşı döyüşür İŞİD-çi qadından ŞOK sözlər: Azərbaycanlı uşaqlar Türkiyə ordusuna qarşı döyüşür Gündəm / Sosial
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…