15-09-2023, 17:34 Oxunub: 2948

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ – SƏMİMİ, QAYĞKEŞ, MƏSULİYYƏTLİ: RAMİN QASIMOV
















Bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər. 

Belə həkimlərdən biri də yuxarıda sadaladığım bütün bu olanları özündə cəmləşdirən Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Qasımov Ramin Əjdər oğludur. 

Tibb daim inkişaf edir. Yeni xəstəliklər yeni biliklər tələb edir. Çünki bir həkimin bilik və bacarıqları yalnız təmiz tibb sahəsi ilə məhdudlaşmır. Əsl mütəxəssis də yaxşı psixoloq olmalıdır. Bir insanı səbrlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar insandan psixoloq olmağı tələb edir. Ramin Qasımov həm həkim, həm qayğıkeş rəhbər, həm də işinin peşəkarı olmaqla bərabər pasientlərlə və tibb personajı ilə xoş ünsiyyət qüraraq onları dinləyir, dərdlərinə şərik olur, qayğılarına qalır. Ramin həkim baxmayaraq ki, rəhbər işdə çalışır xəstəxanada abadlıq və quruculuq işlərində sadə vətəndaş kimi texniki işçilərlə birgə çalışır, onlara dəstək olur.  

Hər kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır, bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də əsasdır. Ramin həkim öz işinə ürəkdən bağlıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk edir, çətinliklərdən, təhlükələrdən qorxmur bütün həyatını insanlara həsr etməyi qəbul edib, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edir və bu yolda addımlayır. Ramin həkimi qəhrəman da adlandırmaq olar. Axı o hər gün qəhrəmanlıq edir, insanları, həyatlarını xilas edir, elə zamanlar olur ki, özünü riskə atır, bir sözlə bütün ona müraciət edən vətəndaşın varlığını uzadır. Bunlar hamısı onun əsl böyük əməyidir. Bu cür demək olar ki, həkimlər sanki yer üzündəki qanadsız mələklərdir, çünki insanların xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün böyük fədakarlıqlar göstərirlər.

Koronavirus və İkinci Qarabağ müharibəsi dövründə də Ramin həkim əsl vətəndaşlıq mövqeyini göstərərək ordu-xalq, xalq-ordu birliyinə qoşuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının əmr və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi.  

İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün ulu öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: “… Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz… Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir”. Bu fikirlərdə ulu öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Və hazırki dövrdə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir və bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. 

Əziz qəhrəman və hünər sahibi olan həkimimiz Ramin Qasımov, sizə uzun ömür, can sağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayıram. 

Yaxşı ki, varsınız.

 

İlhamə Məhərrəmqızı

Baş redaktor



Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm Nəcib bir insan-Zərifə Quliyevanın şərəfli ömür yolu Nəcib bir insan-Zərifə Quliyevanın şərəfli ömür yolu Gündəm 2 iyul Azərbaycan Polisi Günüdür 2 iyul Azərbaycan Polisi Günüdür Gündəm Ziba Həsənovanın adı, mərhəməti və xeyirxah əməli vəhdət təşkil edir Ziba Həsənovanın adı, mərhəməti və xeyirxah əməli vəhdət təşkil edir Gündəm Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Gündəm
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…