22-09-2023, 15:51 Oxunub: 2699

Peşəkar rəhbər, məsuliyyətli və cavabdeh – SƏBUHİ ƏLİYEV


















Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Əliyev Səbuhi Osman oğlu olacaqdır.  

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən iş adamı Səbuhi müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə yüksək reytinqə malikdir.

Səbuhi müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir. Onu da xüsusi ilə vurğulamaq istəyirik ki, Səbuhi Əliyev hüquq üzrə fəlsəfə doktoru tituluna sahibdir. Bu titulu qazanmaqda böyül əməyi, zəhməti və elmi mütaliyələləri olmuşdur.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev  tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır. 

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIĞI kimidir: Paytaxtda kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatçı hüquqşunas, rəhbər işçi, gözəl insan və əsl Vətən daşı!

Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.

Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Səbuhi müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir. 

Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Səbuhi müəllimin böyük genetik irsin varisidir. Səbuhi müəllimin uğurları bir hüquqşunas olaraq Azərbaycan Ədliyyəsində özünəməxsus töhfəsini vermişdir. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Səbuhi müəllim olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.  

Səbuhi Əliyevin qısa tərcümeyi-halı: Əliyev Səbuhi Osman oğlu 1982-ci il, sentyabr aynın 7-də Ağdaş rayonunda, müəllim ailəsində anadan olub. Orta təhsilini 1989 -1999-cu illərdə Ağdaş rayon Müşviq İsayev adına 01 saylı orta məktəbdə alıb. 1999-cu ildə “Odlar Yurdu” Universitetinin “Hüquq” fakültəsinin əyani şöbəsinə daxil olmuş.

2003-cü ildə təhsilin bakalavr pilləsini “Hüquqşünaslıq” ixtisası üzrə, “Vahid Qəhrəmanov” adına təqaüdçü olaraq əla qiymətlərlə bitirıb. 2003-cü ildə həmin Universitetinin “Mülki hüquq” ixtisası üzrə əyani “Magistratura” şöbəsinə daxil olub. 2005-ci ildə təhsilin magistratura pilləsini “Heydər Əliyev” adına təqaüdçü olaraq əla qiymətlərlə, fərqlənmə diplomu alaraq başa vurub. Elə həmin il “Odlar Yurdu” Universitetinin “Cinayət hüququ və kriminologiya” ixtisası üzrə əyani “Aspirantura” şöbəsinə daxil olub. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun nəzdində yaradılmış Dissertasiya Şurasında “Sahibkarliq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin cinayət-hüquqi mühafizəsi məsələləri” adlı dissertasiya işini müdafiə etmişəm. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.10.2010-cu il tarixli qərarı ilə hüquq üzrə fəlsəfə doktoru (PH.D) elmi dərəcəsini alıb. Hüquqşünas alimdir.

 

İlhamə Məhərrəmqızı

Baş redaktor

 


Peşəkarlıq və şəxsi keyfiyyətlər Peşəkarlıq və şəxsi keyfiyyətlər Gündəm / Sosial Peşəkarlıq və ya şəfalı əllər sahibi -  Op.Dr.Cəmilə Hüseynova Peşəkarlıq və ya şəfalı əllər sahibi - Op.Dr.Cəmilə Hüseynova Gündəm / Sosial Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Gündəm Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial