29-12-2025, 15:13 Oxunub: 2172

Milli enerji strategiyasına dəyər qatan peşəkar rəhbər – “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev


Müasir Azərbaycanın inkişaf modelində enerji sektoru xüsusi yer tutur. Bu sahənin dayanıqlı, təhlükəsiz və səmərəli fəaliyyəti ölkənin iqtisadi qüdrətinin, sosial rifahının və milli təhlükəsizliyinin əsas sütunlarından biridir. Məhz bu məsuliyyətli sahədə çalışan peşəkar kadrlar dövlətin etimadını doğruldaraq Azərbaycanın enerji sistemini daim inkişaf etdirirlər. Belə nüfuzlu və etibarlı rəhbərlərdən biri də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Ziyəddin Quliyevdir.

Ziyəddin Quliyev uzun illər ərzində enerji sektorunda formalaşmış zəngin təcrübəsi, yüksək təşkilatçılıq bacarığı və prinsipial mövqeyi ilə seçilir. Onun fəaliyyəti sistemli yanaşma, dəqiqlik və məsuliyyət üzərində qurulub. Ziyəddin müəllim üçün hər bir layihə, hər bir qərar dövlət maraqlarına xidmət etməli, ölkənin enerji təhlükəsizliyinə real töhfə verməlidir. Bu baxımdan o, tutduğu vəzifənin mahiyyətini dərindən dərk edən vəzifə sahibidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti bu gün Azərbaycanın regionda enerji mərkəzinə çevrilməsini təmin edib. Elektrik enerjisi istehsal güclərinin artırılması, yeni stansiyaların istismara verilməsi, mövcud infrastrukturun yenilənməsi və enerji ixracının genişləndirilməsi bu siyasətin əsas nəticələrindəndir. Ziyəddin Quliyev bu strateji xəttin “Azərenerji” ASC-də ardıcıl və səmərəli icrasında yaxından iştirak edir, dövlət başçısının tapşırıqlarını yüksək peşəkarlıqla həyata keçirir.

Onun rəhbərliyində həyata keçirilən işlər enerji istehsalında etibarlılığın artırılmasına, texniki itkilərin minimuma endirilməsinə və enerji səmərəliliyinin yüksəldilməsinə xidmət edir. Ziyəddin müəllim müasir texnologiyaların tətbiqinə, innovativ yanaşmalara və beynəlxalq təcrübənin öyrənilərək yerli şəraitə uyğunlaşdırılmasına xüsusi önəm verir. Bu isə “Azərenerji” ASC-nin fəaliyyətinin günün tələblərinə uyğun şəkildə qurulmasına imkan yaradır.

Ziyəddin Quliyevin rəhbərlik keyfiyyətlərini fərqləndirən əsas cəhətlərdən biri də kollektivlə düzgün münasibət qurmaq bacarığıdır. O, insan faktorunu hər zaman ön planda saxlayır, əməkdaşların sosial rifahına, peşəkar inkişafına və təhlükəsiz iş şəraitinə xüsusi diqqət yetirir. Kollektiv arasında hörmət və etimad qazanması onun səmimi, ədalətli və açıq idarəçilik üslubunun nəticəsidir. Bu yanaşma isə ümumi işin keyfiyyətinə və nəticələrinə müsbət təsir göstərir.

Eyni zamanda, Ziyəddin Quliyev gənc kadrların yetişdirilməsinə və onların məsuliyyətli vəzifələrə hazırlanmasına böyük önəm verir. O, gənclərin bilik və bacarıqlarının artırılmasını, onların müasir enerji çağırışlarına cavab verən mütəxəssis kimi formalaşmasını vacib hesab edir. Bu, gələcəkdə Azərbaycanın enerji sektorunun daha güclü kadr potensialına malik olmasına xidmət edən uzaqgörən siyasətdir.

Ziyəddin müəllim dövlətə və dövlətçiliyə sədaqəti ilə də seçilən ziyalı rəhbərdir. Onun fəaliyyəti yalnız vəzifə borcu ilə məhdudlaşmır, eyni zamanda ölkənin ümumi inkişafına, sosial sabitliyinə və milli maraqlarına xidmət edir. O, hər zaman Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir və bu siyasətin enerji sektorunda uğurla reallaşmasına öz əməli fəaliyyəti ilə töhfə verir.

Bu gün “Azərenerji” ASC-nin uğurlu fəaliyyəti, beynəlxalq layihələrdə fəal iştirakı və artan nüfuzu bir daha sübut edir ki, qurumda düzgün idarəçilik və peşəkar komanda mövcuddur. Ziyəddin Quliyev bu komandanın əsas aparıcı simalarından biri kimi üzərinə düşən məsuliyyəti layiqincə daşıyır və dövlətin etimadını doğruldur.

Ziyəddin müəllimi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bütün kollektivini 2026-cı ilin gəlişi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, işlərinizdə davamlı uğurlar və Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyət arzulayırıq. Bayramınız mübarək!

 

İlhamə Məhərrəmqızı

Baş redaktor

AJB-nin üzvü

«Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Bankların real sektoru maliyyələşdirməsi üçün nə etməli? Bankların real sektoru maliyyələşdirməsi üçün nə etməli? İqtisadiyyat PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət