7-02-2026, 10:25 Oxunub: 240

Tramp İranla danışıqları qiymətləndirdi: "Onlar saziş bağlamaq istəyirlər"


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İranla məhsuldar danışıqlar aparıb və Tehran saziş bağlamağa hazırdır.

 

Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

 

"Biz, həmçinin İran üzrə çox yaxşı danışıqlar apardıq. Görünür, İran saziş bağlamağı çox istəyir", - deyə ABŞ lideri vurğulayıb.

 

Eyni zamanda, Ağ Ev rəhbəri dəqiqləşdirib ki, İslam Respublikasına tərəf əhəmiyyətli qüvvələr cəmləşdirilir.

 

"Bizim böyük donanmamız bu istiqamətə yönəlib və çox tezliklə orada olacaq. Odur ki, bundan nə çıxacağını görəcəyik", - deyə ABŞ prezidenti əlavə edib.


 

O, həmçinin İranın ABŞ ilə saziş bağlamağa hazırlıq dərəcəsini yüksək qiymətləndirib.

 

Mümkün razılaşmaların şərtlərindən danışan Tramp vurğulayıb:

 

"Bir məqam hər şeydən üstündür: heç bir nüvə silahı olmamalıdır. Əgər biz belə bir sazişi iki il əvvəl bağlaya bilsəydik, bunu edərdik, lakin onlar bunu etmək istəmirdilər. İndi isə istəyirlər. Onlar ilyarım və hətta bir il əvvəl edəcəklərindən daha çoxunu etməyə hazırdırlar".

 

Vaşinqtonla Tehran arasında danışıqların növbəti raunduna toxunan Tramp bəyan edib:

 

"Biz gələn həftənin əvvəlində yenidən görüşmək niyyətindəyik. Onlar saziş bağlamaq istəyirlər. Saziş bağlamağı istəməlidirlər".

Metyu Brayza: ABŞ və İran müharibə etmək istəmir, gərginlik azalır Metyu Brayza: ABŞ və İran müharibə etmək istəmir, gərginlik azalır Siyasət / Dünya PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Xəyal Müəzzin: Azərbaycanlılar İrandakı etiraz aksiyalarında iştirak etmir Xəyal Müəzzin: Azərbaycanlılar İrandakı etiraz aksiyalarında iştirak etmir Siyasət Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" Gündəm
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov