İdman
21-01-2020, 22:16 Oxunub: 2297
Xəyal Müəzzin: Azərbaycanlılar İrandakı etiraz aksiyalarında iştirak etmir

ABŞ Prezidenti Donald Tramp “amerikalı klounları” lağa qoymaq və iranlı hərbçiləri müdafiə etmək üçün (“Mignews”dan sitat) ictimaiyyət qarşısında nadir çıxışından istifadə edən Ayətullah Əli Xameneyini “sözlərində çox ehtiyatlı” olmağa çağırıb.
Donald Tramp İrandakı hökumət əleyhinə etirazları dəstəklədi, daha əvvəl İran İslam Respublikasında etirazlar ABŞ isteblişmentinin digər nümayəndələri tərəfindən də dəstəklənmişdi. Bu arada, Əli Xameneyi çıxışında İranın mübarizəni öz sərhədlərindən kənarda başlaya biləcəyini qeyd etdi.
İranda vəziyyət gərginləşəcəkmi, İran azərbaycanlıları nə düşünür və necə davranır? Axı İran uzun müddətdir “fırtınaya” məruz qalıb, etirazlar ötən ilin noyabrında da, ondan əvvəlki illərdə də olmuşdu.
Bu gün Media.Az-ın suallarını iranlı analitik və jurnalist Xəyal Müəzzin cavablandırır.
- İndi İranda vəziyyət necədir, etirazlar davam edirmi?
- İranda gərginlik qalmaqdadır. Polis və “Bəsic” nümayəndələri (İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) tərkibinə daxil olan yarım hərbi qüvvələr - red.) təhlükəsizliyə nəzarət edirlər. İİKK-nin rolu böyükdür, bunu vurğulamaq lazımdır.
İngiltərə səfiri Robert Makeyrin tələbə etirazında görünməsi də diqqət çəkən məqamlardandır. Yeri gəlmişkən, etirazlar Qərb mediası tərəfindən işıqlandırıldı, lakin “narazılıq alovu” bölgələrə getməyəcək.
- İranın azərbaycanlı əhalisi etirazlarda iştirak etmirmi?
- İran azərbaycanlıları İİR-in Ali Rəhbərini dəstəkləyir və bildiyiniz kimi, İran İslam Respublikasının yaranmasında azərbaycanlıların rolu çox böyükdür. Azərbaycanlılar etirazlarda iştirak etmirlər.
- İranda proqnozlar necədir? Bundan sonra nə olacaq? Müharibə gözlənilirmi?
- Bir daha qeyd edirəm ki, İranda vəziyyət, o cümlədən, iqtisadiyyatda mürəkkəb olaraq qalır. Ancaq xalq əksər hallarda birdir, qələbə bizim olacaq. Ali Liderimizin yanında olmalıyıq.
Əlbəttə ki, narazı olanlar da var. Sanksiyalar (Qərb - red.) var, amma insanlar buna öyrəşiblər. Ümumiyyətlə, İranla ABŞ arasında müharibə uzun illərdir davam edir. İndi isə ABŞ ilk dəfə olaraq raket zərbəsi aldı.
Bu, cavab və birbaşa xəbərdarlıq idi: “İstədiyimiz zaman sizi vura bilərik”. Lakin İran müharibəyə başlamaq və “ABŞ-ın böyük oyunu”na qoşulmaq niyyətində deyil. Müharibə vəziyyətində Azərbaycana və Türkiyəyə qaçqın axınının qarşısını almaq mümkün olmayacağını başa düşürük.
Bundan əlavə, İŞİD terrorçuları İranın qonşu ölkələrində vəziyyətin kəskinləşməsini gözləyirlər. Onlar Türkiyənin, Azərbaycanın, Qafqazın və ümumiyyətlə, Rusiyanın “alovlara bürünməsini” arzulayırlar. Ancaq İran İslam Respublikası buna getməyəcək!
- Belə anlayıram ki, İran üçün qonşu dövlətlərlə, ilk növbədə Azərbaycanla dostluq əlaqələri vacibdir.
- Əlbəttə! Və bu əlaqələr hər iki tərəf üçün çox vacibdir. Bu çətin dövrlərdə əməkdaşlığı genişləndirmək lazımdır. İran qardaş ölkə hesab edərək, Azərbaycanla münasibətləri yüksək qiymətləndirir.
Eynilə Azərbaycan İrana da dəyər verir. Ancaq media, sosial şəbəkələrdən istifadə edərək əlaqələrimizi məhv etmək istəyən bəzi qüvvələr var. Vurğulayım ki, yaxşı qonşularda baş verən bəlaya sevinmək olmaz.
XƏBƏR LENTİ
17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş… 14:09 | İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov 18:31 | Təbrik edirik! 11:19 | Şərəfli ömür yolu 09:38 | Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başladı 09:35 | Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO 22:54 | Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa… - TƏFƏRRÜAT 22:51 | PƏNCƏRƏLƏR 10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb