İdman
ÇOX OXUNANLAR
4-11-2019, 15:11 Oxunub: 2338
Ramiz Rövşən: "Görün biz qadını nə qədər alçaltmışıq ki, onu kişi ilə bərabər tuturuq"

“Mən qadınlarının yerinin cəhənnəm olduğunu deyə bilmərəm. Siz cənnəti, cəhənnəmi görmüsünüz?”
BAKU.WS kulis.az -a istinadla xəbər verir ki, bu sözləri təqdimatların birində jurnalistlərin suallarını cavablandıran Xalq şairi Ramiz Rövşən Akif İslamzadənin “qadınların yeri cəhənnəmdir” fikrinə münasibət bildirərkən söyləyib.
Şair daha sonra əlavə edib:
“Bilirsiniz, hansı daha maraqlıdır? Bilmirsiniz axı. Əgər qadının yeri cəhənnəmdirsə, onda kişilərin birbaşa gedəcəyi yer cəhənnəmdir. Mən bir dəfə Elçinin bir sözünü demişdim, başqaları düz başa düşməmişdilər. Demişdim, görün biz qadını nə qədər alçaltmışıq, aşağı salmışıq ki, onu kişi ilə bərabər səviyyədə tuturuq.
Qadın kişinin başının tacıdır. Və bu mənim ən dəqiq düşüncəmdir! Fikirləşin ki, bir ailədə bir kişi haqqında nəsə onu aşağılayan bir söz deyilsin, bundan qadın üçün toz boyda da ləkə qonmaz. Amma qadın haqqında deyilən hər bir pis söz onun üçün ləkə olar. Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadını elə qorumalıdır ki, ona toz da qonmasın.”
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







