İdman
ÇOX OXUNANLAR
12-11-2019, 18:00 Oxunub: 2316
DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”

Əli Nağıyev: “30-dan çox xarici vətəndaşın, Azərbaycan ərazisindən istifadə etməklə, ölkə hüdudlarından kənarda silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb”
2019-cu il noyabr ayının 7-də Özbəkistan Respublikasının Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
DTX-nın mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, SORB-un iclasında beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə, habelə millətlər və konfessiyalararası münaqişələrin yaradılması cəhdlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və təhlükəsizliklə bağlı digər aktual məsələlər üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bundan başqa, terrorçuların MDB ölkələrinə daxil olmaq, terrorçu qruplaşmalara yeni üzvlərin cəlb edilməsi cəhdlərinə qarşı əlavə tədbirlərin görülməsi məsələləri də diqqət mərkəzində olub, həmçinin Əfqanıstan İslam Respublikasındakı mövcud vəziyyətin Mərkəzi Asiyada regional təhlükəsizliyə təsirləri araşdırılıb.
Əli Nağıyev iclasda çıxış edərək bildirib ki, Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir. Terror şəbəkəsinin təbliğat məqsədilə müasir informasiya texnologiyalarından geniş istifadə etdiklərini diqqətə çatdıran Xidmət rəisi, bu təhlükəli fəaliyyətin ekstremist və dini radikalizm ideologiyasının yayılmasına, yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaratdığını söyləyib.
DTX rəisi həyata keçirilmiş tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirib. O, təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlər, ilk növbədə terrorçuluq və dini ekstremizm ilə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
BU BAXIMDAN, TƏHLÜKƏSİZLİK VƏ XÜSUSİ XİDMƏT ORQANLARI ARASINDA ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİNİN GÜCLƏNDİRİLMƏSİNİN VACİB OLDUĞUNU DİQQƏTƏ ÇATDIRAN XİDMƏT RƏİSİ, ÖLKƏLƏRİMİZİN TƏHLÜKƏSİZLİYİNİN SƏMƏRƏLİ TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ TƏCRÜBƏ VƏ MƏLUMAT MÜBADİLƏSİNİN DAHA DA GENİŞLƏNDİRİLMƏSİNİN ƏHƏMİYYƏTİNİ QEYD EDİB.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev ilə Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Abdusalom Azizov arasında keçirilmiş görüşdə hər iki ölkənin təhlükəsizliyinin qorunması məsələləri, o cümlədən terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə qarşı birgə mübarizənin effektivliyinin artırılması üzrə fikir mübadiləsi aparılmışdır. Sonda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
General-leytenant Əli Nağıyevin digər tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə də mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SORB-un 47-ci iclasının nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir. Dövlət başçısı ölkələrimizin təhlükəsizliyinə mümkün təhdid və hədələrə qarşı birgə mübarizənin gücləndirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







