İdman
ÇOX OXUNANLAR
28-06-2020, 11:12 Oxunub: 2390
Kondisionerlər koronavirus yayır?
"Kondisionerlərin koronavirusu yayması ilə bağlı hər hansı təsdiq olunmuş məlumat yoxdur".
E-tibb.az bildirir ki, bunu kardiocərrah, tibb elmləri doktoru, Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərargahın tibbi eksperti Rəşad Mahmudov açıqlayıb. R. Mahmudov deyib ki, ancaq kondisionerlərin istənilən şəraitdə istifadə edilməsi məsələsinə də həssas yanaşmaq lazımdır: "İnfeksiyaya yoluxmuş insanların uzun müddət kondisionerin altında yatması onların durumunu daha da ağırlaşdıra bilər. Eyni zamanda avtomobillərdə kondisionerlərdə daxili sirkulyasiya düzgün olmaz, çöldəki hava ilə sirkulyasiya vacibdir. Çünki avtomobildə virus olsa, bunu yaya bilər".
İnfeksion xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssis, uzman həkim Vasif Əliyev e-tibb.az-a bildirib ki, kondisionerli havada insan daha tez xəstələnir, immun sistemi daha tez aşağı düşür: "Soyuq hava zökəm kimi xəstəliklərin daha tez yaranmasına səbəb olur. Kondisioner havasında nə qədər çox otursaq bir o qədər bədən müqavimətimiz zəifləyir. Xəstəliyə yoluxma riskimiz də artır. Ancaq havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Havada gərək virus olsun ki, kondisioner virusu yaysın. Virus olmadığı halda kondisoner onu necə yaysın, çöldən virus gəlmir".
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







