23-09-2022, 11:35 Oxunub: 2272

Maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib.

  Bu  barədə  iqtisadçı  deputat  Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, iclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub.

"Qeyd olunub ki, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub. Konkret rəqəmlərə gəldikdə isə, 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır. Gələn ilin büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək. Bu, həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötənilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir. 2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur", - deyə deputat bildirib.

V. Bayramov qeyd edib ki, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub:

"Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyatı üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır".

Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır Gündəm / Sosial Gələn ilin büdcəsi komitələrin “süzgəcindən keçdi” - Deputatların təklifləri nəzərə alınacaq Gələn ilin büdcəsi komitələrin “süzgəcindən keçdi” - Deputatların təklifləri nəzərə alınacaq Gündəm / Siyasət Bu il Azərbaycanda nə qədər iş yeri açılıb? - RƏSMİ Bu il Azərbaycanda nə qədər iş yeri açılıb? - RƏSMİ İqtisadiyyat “Dayaq” Sosial Maarifləndirmə İB-i yeni bir layihənin icrasına start verib “Dayaq” Sosial Maarifləndirmə İB-i yeni bir layihənin icrasına start verib Sosial Gələn ilin büdcəsi – Deputatlar iqtisadiyyatın inkişafı üçün hökumətə 10-a yaxın təklif verib Gələn ilin büdcəsi – Deputatlar iqtisadiyyatın inkişafı üçün hökumətə 10-a yaxın təklif verib Gündəm
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim