30-08-2022, 09:35 Oxunub: 2185

“Səhər “bacı” dedi, günorta otelə çağırdı” - “Lukoil”dəki bıçaqlanmanın təfərrüatı



















Gəncədə 2021-ci ilin dekabrında “Lukoil” yanacaqdolurdurma mənqətəsində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.


Məhkəmənin hökmü ilə təqsirləndirilən Nigar Qafarovaya (ad-soyad şərtidir) 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Hadisənin baş verməsinə gəlincə, Nigar Gəncədə yerləşən “Lukoil”da xadimə işləyib. O, hadisədən bir müddət əvvəl həyat yoldaşından ayrılıb və övladının biri onunla qalıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nigar Qafarova ifadəsində bildirib ki, işdən evə və azyaşlı uşağını baxçadan iş yerinə gətirən zaman çox vaxt Gəncə-Daşkəsən avtomobil yolunun kənarına çıxaraq təsadüfən həmin istiqamətə gedən tanımadığı avtomobillərə əl edib, həmin avtomobillərdən saxlayan olanda maşına minib uşağını bağçadan götürüb yaşadığı evə gedib. 2021-ci ilin dekabrın 4-də işə getmək üçün “Mercedes” markalı avtomobilə əl edərək onu iş yerinə aparmasını xahiş edib.

Yolda özünü hərbçi kimi təqdim edən Vüsal Məmmədov (soyad şərtidir) qadına nömrəsini verərək hər gün bu yolu gedib-gəldiyini bildirib və lazım olsa, onu apara biləcəyini deyib.

Vüsal bu zaman Nigara bacı deyə müraciət edib. Ancaq günorta saatlarında Vüsal Nigara zəng edərək ona əxalqsız təkliflər edib və onu otelə çağırıb. Vüsal evli olsa da, özünü boşanmış kimi təqdim edib.

Vüsalın ona əxlaqsız təkliflər etməyindən təsirlənən qadın, ondan qisas almaq niyyətinə düşüb. Vüsalın otelə getməklə bağlı təklifinə “hə” deyən Nigar onu orada bıçaqlamağı düşünüb.

Bunun üçün Nigar evdən bıçaq götürərək çantasına qoyub və Vüsalı görüşə çağırıb. Bu zaman Nigar fikrini dəyişərək ona əxalqsız təkliflər edən şəxsi “Lukoil” YDM-də bıçaqlamaq qərarına gəlib. O, bu səbəbdən uşağın sənədlərinin iş yerində qaldığını deyib. “Lukoil”ə çatan zaman Nigar əvvəlcə Vüsalın sağ bədən nahiyyəsindən iki, daha sonra isə sağ bud nahiyyəsindən 4-5 bıçaq zərbəsi vurub. Bu zaman Vüsal maşından düşərək qaçıb. Nigar isə əsəbini maşına zərər vurmaqla soyutmağa çalışıb.

Nigar hadisədən sonra oğlunu bağçaya qoyub, daha sonra iş yerinə gələrək təmizlik işləri aparıb. Bundan sonra Gəncə şəhər Nizami rayon polis bölməsinə gedərək tanımadığı bir nəfəri şəxsi ona əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğunu bildirib.

Qeyd edək ki, N saylı hərbi hospitalda stomatoloq vəzifəsində işləyən Vüsal Məmmədov məhkəmədə Nigarın iddialarını yalanlayıb.

“qafqazinfo”

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Gündəm / Kriminal Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Gündəm “Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” - Azərbaycanda Film kimi CİNAYƏT “Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” - Azərbaycanda Film kimi CİNAYƏT Kriminal Gənc qızın ölümündə günahlandırılan həkim yenidən məhkəmə qarşısında Gənc qızın ölümündə günahlandırılan həkim yenidən məhkəmə qarşısında Hadisə / Kriminal
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…