6-09-2022, 15:16 Oxunub: 2221

Azərbaycanda DƏHŞƏT: Kişi evli bacısı ilə yazışan dayısı oğlunu öldürdü

Tərtərdə öz dayısı oğlunu öldürən 1990-cı il təvəllüdlü Famil Quliyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Gəncə  Ağır  Cinayətlər  Məhkəməsinin hökmü ilə F.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Familin törətdiyi cinayətə gəlincə, bu, ötən ilin noyabrında baş verib.

Belə ki, Famil kürəkənindən onun bacısından ayrılmasının başlıca səbəbini soruşanda, yeznəsi həyat yoldaşının dayısı oğlu ilə mesajlaşdığını deyib və bunu təsdiq edən SMS-ləri ona göstərib.

Famil isə bunun dayısı oğlu Turaldan soruşacağını, etiraf edəcəyi halda ondan qisas alacağını bildirib. Nəticədə Famil dayısı oğlu ilə Tərtərdə görüşüb.

Orada Turaldan bacısı ilə olan yazışmalara aydınlıq gətirmək üçün kürəkəninin qohumuna məxsus evə dəvət edib. O, maşına minmək üçün gedərkən Turalın üzərində mətbəx bıçağının olduğunu görüb. Famil Turaldan nəyə görə bıçaq götürdüyünü soruşduqda, 1998-ci il təvəllüdlü dayısı oğlu cavab verməyib. Famil Turala belə bir şeyə ehtiyac olmadığını və sadəcə söhbət etmək üçün getdiklərini deyib.

Qohumlar sözügedən ünvana çatdıqda kürəkənin artıq onları gözlədiyini görüb. Famil evin həyətinə girib təkrarən Turaldan məsələnin mahiyyətini soruşub, bu zaman Tural onun bacısını öz bacısı kimi görmədiyini bildirib.

Famil Turalı çiynindən əli ilə kənara itələyib, həmin zaman Tural cibindən bıçağı çıxarıb onun sol qoltuqaltı nahiyəsinə zərbə endirib. Bu zaman Famil Turalın əlini tutub yerə yıxıb. Bundan sonra Tural cibindən ikinci bıçağı çıxararaq ona yenidən zərbə endirməyə çalışdıqda, o, Turalın əlindən həmin bıçağı alıb və onun qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib. Tural qaçmaq istəyərkən Famil onun arxasında gedib və onun kürəyinə daha bir neçə bıçaq zərbəsi endirib. Tural bir qədər irəlilədikdən sonra küçədə üzü üstə yıxılaraq yerdə hərəkətsiz vəziyyətdə qalıb.

Bu zaman səs-küyə qonşuluqda yaşayan bir qadın çıxıb. Famil qadına adam öldürdüyünü, 102-ə zəng etməsini xahiş edib. Famil kürəkəni ilə yolun başına qədər getdikdə qarşıdan təcili tibbi yardım maşınının gəldiyini görüb. O, polis əməkdaşlarının gəlib onu tapa bilmələri üçün maşına əyləşərək Tural yanına qayıdıb və polisin gəlməsini gözləyib. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gələrək onu saxlayıblar.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq qeyd edib ki, onun Turalı öldürmək məqsədi olmayıb. Sadəcə, hadisə vaxtı Turalın ona bıçaqla müqavimət göstərdiyindən, əlində olan bıçağı ondan alıb və bir neçə dəfə Turalın bədəninin müxtəlif nahiyəsinə xəsarət yetirib. Daha sonra isə özünü itirdiyindən Tural qaçıb gedən zaman dayısı oğlunun arxası ilə gedərək, onun kürəyinə yıxılana qədər bıçaqla zərbə endirib.

Məhkəmədə o da məlum olub ki, hadisədən dərhal sonra Famil həyat yoldaşı ilə telefonla danışıb. O, telefon danışığı zamanı xanımına “Məni bağışla, sözümü tuta bilmədim, özümü müdafiə üçün Turalı öldürdüm, gedirəm polisə təslim olmağa” deyib. Famil əvvəllər həyat yoldaşına onu heç vaxt tək qoymayacağı barədə söz verdiyini bildirib.

"qafqazinfo”

Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Gündəm / Kriminal “Səhər “bacı” dedi, günorta otelə çağırdı” - “Lukoil”dəki bıçaqlanmanın təfərrüatı “Səhər “bacı” dedi, günorta otelə çağırdı” - “Lukoil”dəki bıçaqlanmanın təfərrüatı Kriminal “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Gündəm “Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” - Azərbaycanda Film kimi CİNAYƏT “Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” - Azərbaycanda Film kimi CİNAYƏT Kriminal
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…