İdman
ÇOX OXUNANLAR
3-03-2021, 15:13 Oxunub: 2339
“Ali Baş Komandanın şəhid və qazi ailələrimizi bu cür himayə etməsi çox qürurvericidir...”

“Ölkə başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi hörmət, ehtiram, qayğı dünyanın heç bir ölkəsində, xüsusi olaraq müsəlman ölkələrində olmayacaq qədər böyük bir diqqətdir, vəfadır”
Bunu açıqlamasında Qarabağ Seyid Ocaqları təmsilçisi, şərşünas Seyid Camal Əzizbəyli deyib. Qurum sədri buna görə ölkə başçısına öz təşəkkürünü bildirib və imkanı olan soydaşlarımızı da bu təşəbbüsə qoşulmağa çağırıb:
“Dünən daha 6 şəhid ailəmizə baş çəkdik. Biz mütəmadi olaraq görüşlərimizi davam etdiririk. Ölkə başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi hörmət, ehtiram, qayğı dünyanın heç bir ölkəsində, xüsusi olaraq müsəlman ölkələrində olmayacaq qədər böyük bir diqqətdir, vəfadır. Mən bunu öz verilişimdə də hər dəfə təkrar edirəm ki, milli vətənpərvərlik ruhunun insanlara aşılanmasının, eləcə də mənəvi mədəni irsimizin, müqəddəs dəyərlərimizin həqiqi təsübkeşi Azərbaycan dövlət başçısının şəxsidir, özüdür və bu da qürurvericidir. Təbii ki, dövlət başçısının şəhid ailələrini evlə təmin etməsi, hətta birinci Qarabağ müharibəsində də şəhid olan insanlarımızın ailəsinin evlə təmin olunmasıyla bağlı göstəriş verməsi, bütün şəhid ailələri tərəfindən sevinclə qarşılanır.
Bütövlükdə dövlətimiz tərəfindən şəhid ailələri deyil, qazilərə də diqqət artıb. Bilirsiniz ki, “Yaşat” Fondu vasitəsilə qazilərimizə yardımlar edilir. 10 nəfərlik heyətlə qazilərimiz Türkiyəyə müalicəyə göndərildi. İsraildən, Türkiyədən Azərbaycana peşəkar həkim heyəti gətirildi. Bunlar birbaşa dövlət başçısının göstərişidir. Burda Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. Mən gündəlik şəhid ailələrini ziyarət edərkən bunun şahidi oluram. Təmsil etdiyim Qarabağ Seyid Ocaqları adına hər gün şəhid ailələrinin və qazilərin də bu yöndə təşəkkürü dövlət başçısınadır. Düşünürəm ki, bunlar təkcə dövlətin üzərinə düşən məsələ olmamalıdır. Hər bölgənin nüfuzlu iş adamları var, ölkəmizin xaricində də yaşayan bu cür soydaşları var. Azərbaycan dövlətinin yaratdığı o münbit şəraitdən Allah ruzilərini artırsın. Maddi baxımdan zəngin olan soydaşlarımızı da sosial yardımlaşmaya, dövlətimizə dəstək olmağa dəvət edirəm. Bütövülkdə konkret olaraq Azərbaycan dövlət başçısının, Qarabağın fatehi, mübarək, müqəddəs savaşımızın Ali Baş Komandanı, müzəffər sərkərdəmizin qazi ailələrimizi bu cür himayə etməsi çox qürurvericidir. Mən də Qarabağ Seyid Ocaqları adından Ali Baş Komandanımıza öz dualarımla təşəkkür edirəm”.
Qeyd edək ki, bu il daha 3 min mənzil şəhid və qazi ailələrinə veriləcək.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







