İdman
ÇOX OXUNANLAR
9-08-2021, 12:30 Oxunub: 72250
Mənfi 30 dərəcə soyuğu hiss etməyən hərbçilərin sirri - Hitlerin “super əsgər" layihəsi haqqında ilginc FAKTLAR

Tarixən nasistlər hərbi cəhətdən daha da güclü olmaq üçün müxtəlif yollara əl atıblar. Onlar bu yolda heç bir sərhəd tanımayıblar.
Belə ki, 1937-ci ildə Berlində yerləşən "Timmler” adlı dərman şirkəti "pervitin” kimi adlandırılan dərmanı patentləşdirir. Pervitin o dövrlərdə depressiya, şizofreniyanın müalicəsində geniş istifadə edilirdi.
Dərman əsgərlərin düşmənlə daha uzun müddət mübarizə aparmasına, ağrı hiss etməməsinə və 36 saata qədər oyaq qalmasına imkan verirdi. Bədənə metamfetamin verən bu dərman yüksək dərəcədə asılılıq yaradır, insanda qısa müddət üçün özgüvən formalaşdırırdı.

İlk dəfə Polşa ilə mübarizədə sınaq məqsədləri üçün istifadə edilən pervitin yorğunluqdan əldən düşmüş əsgərləri belə 1 saat ərzində "gücləndirirdi”. Lakin təbii ki, bu dərmanı istifadə edənin axırı ölüm idi.
Alman ordusunun qeydlərinə baxdıqda məlum olur ki, 1939-1945 -ci illər arasında 200 milyon pervitin həbi paylanılıb.
Pervitin yalnız əsgərlər üçün istehsal olunsa da, insanlar arasında geniş yayılmış və bol satılan bir dərman idi.

Dərman 1939-cu ilə qədər reseptsiz alına bilirdi. 1941-ci ildə Hitler Almaniyası dərmanın dövlət nəzarətində istehsalını nəzərdə tutan qanun qəbul etməsinə baxmayaraq istehsal miqdarı bir sonrakı ildə 1.5 milyon artıb. Hətta pervitin "volksdroge” , yəni, xalqın dərmanı adını da alıb.
Dərmanın istifadəsi 1941-ci ildə qadağan olunsa da, cəbhədə olan əsgərlər bu dərmana aludə oldular və bunun artıq narkotik vasitə kimi satışı həyata keçirildi.

Tarixi sənədlərdə də qeyd olunur ki, nasistlərə qoyulan "zombi əsgər” ləqəbi pervitin həbinin təsiri ilə ortaya çıxıb. 1942-ci ilin yanvarında bu dərmanı qəbul edən nasist əsgərləri sovet ordusu tərəfindən mühasirəyə alınanda mənfi 30 dərəcə soyuq var idi və heç bir nasist əsgəri bu soyuq havanı hiss etmirdi.
1960-cı ilin sonuna qədər Şərqi və Qərbi Almaniya orduları pervitindən istifadəyə davam edib. Qərbi Almaniya 1970-ci ildə, Şərqi Almaniya isə 1988-ci ildə pervitinin istifadəsini tam olaraq dayandıra bilib.(musavat.com)


XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







