11-08-2023, 17:39 Oxunub: 2222

QAİ Paşinyanı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırıb
















Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırıb.

Bu barədə icmadan məlumat verilib.

İcma N.Paşinyanın avqustun 11-də səsləndirdiyi fikirlərlə bağlı bildirib ki, regionda sülhə mane olan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı həyata keçirmiş Ermənistandır:

“Təəssüf ki, “demokrat” Nikol Paşinyan sələflərinin bu siyasətini davam etdirmiş və Azərbaycanın işğal edilmiş ərazilərində səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə danışıqlar prosesini tamamilə məhv etmişdir. Nikol Paşinyana həm də xatırladırıq ki, onun Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin etdiyi, sonradan Vətən müharibəsi zamanı Azərbaycana qarşı döyüşməyə gəlmiş, az sonra biabırcasına Qarabağdan qaçmış şəxs “Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq” kimi bəyanat vermiş, özünü “dahi strateq” hesab edən keçmiş müdafiə naziri isə daha da “irəli gedərək” Azərbaycanı “yeni ərazilər naminə yeni müharibə” ilə hədələmişdir. 30 il ərzində dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, əksinə işğalla qürrələnən Ermənistanın indi qaranlıq keçmişi olan Luis Okampo adlı birisinin heç bir əsası olmayan kağız parçasına ümid bəsləməsi rəsmi İrəvanın düşdüyü acınacaqlı vəziyyətin bariz nümunəsidir. Ermənistanın baş nazirini “soyqırımı” mövzusunda Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq”.

Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Ermənistanın baş naziri həqiqətən də sülhdə maraqlıdırsa, onda ilk növbədə “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu” kimi utopik və təxribatçı fikirlərə son qoymalıdır.

İcma bunu Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını indi başqa ad altında davam etdirməsi kimi qəbul edir.

İcma hesab edir ki, “beynəlxalq mexanizm” nağılı həm də, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şərtlə tanıması deməkdir:

“Bir tərəfdən Azərbaycanı “beynəlxalq mexanizm çərçivəsində Qarabağın erməni sakinləri ilə dialoqa” çağırıb, digər tərəfdən Qərbi Azərbaycan İcmasının dialoq təklifinə cavab verməyən, hətta azərbaycanlıların qayıdış hüququnu inkar edən Ermənistanın baş nazirinə xatırladırıq ki, onun rəhbər tutduğu “Əhali yoxdursa, problem də yoxdur” yanaşması tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır. Qərbi Azərbaycan İcması Nikol Paşinyanı Azərbaycanın daxili işlərinə qarışmamağa, müxtəlif süni bəhanələrlə sülh danışıqları prosesini uzatmamağa və Qərbi azərbaycanlıların qayıdışı məsələsini müzakirə etmək üçün bizimlə dialoqa başlamağa çağırır”.

Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Paşinyan xalqı ələ ala bilmir - Son variant MÜHARİBƏDİR Paşinyan xalqı ələ ala bilmir - Son variant MÜHARİBƏDİR Gündəm / Dünya "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" Siyasət Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri - ŞƏRH Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri - ŞƏRH Gündəm / Dünya Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim