İdman
ÇOX OXUNANLAR
21-07-2021, 20:34 Oxunub: 22298
Aqiyə Naxçıvanlı Şəhid ailələrinə “Qurban pay”ları göndərdi - FOTOLAR

Müqəddəs Qurban bayramını öz seşiciləri ilə birlikdə qeyd edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı 117 saylı seçki dairəsinin ərazisində yaşayan Şəhid ailələrinin evlərinə sovqat göndərmiş, müsəlman dünyasının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan bu mübarək bayram günündə şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad etmişdir.
O, bu bayramda müsəlmanların Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, Vətən müharibəsində də Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verməyə hazır olduqlarını real olaraq göstərdiyini söyləmışdır. Qurban bayramı Allah yolunda fədakarlığın, ikinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın nümunəsidir. Vətən müharibəsində qazanılan Zəfər həm də xalqımızın illərdir kəsdiyi qurbanların və dualarının qəbul olunduğunun göstəricisidir.
Bu diqqəti yüksək qiymətləndirən Şəhid ailələri kəsilən qurbanların Tanrı dərgahında qəbul olunmasını diləmiş, hörmətli deputatlarına öz minnətdarlıqlarını bildirərək, nəinki Qurban bayramında, xalqımız üçün əziz olan bütün bayramlarda onları unutmadığı üçün təşəkkürlərini ünvanlamışlar.
aia.az
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu












