3-01-2026, 11:51 Oxunub: 266

İranda genişmiqyaslı etirazlar: Tramp ABŞ-ın müdaxiləyə hazır olduğunu bildirdi


İranda son üç ilin ən böyük etirazları baş verir. Etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar zamanı artıq bir neçə nəfər həlak olub.


   

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" yazıb.


   

Bildirilir ki, etirazlar əhalinin sürətlə artan inflyasiya və valyuta kursunun rekord dərəcədə düşməsindən narazılığı ilə əlaqədardır. Yerli KİV-lərə görə, Lurdigan şəhərində etirazçılara atəş açılıb və bir neçə nəfər ölüb, həmçinin yaralananlar da var.


   

Yerli hakimiyyət Kuxdeşt şəhərində etirazlar zamanı bir nəfərin öldüyünü təsdiqləyib. Daha bir şəxs İsfahan vilayətində güllələnib.


   

Bundan başqa, xəbərdə bildirilir ki, kütləvi iğtişaşlar İranda sürətlə yayılır. Xüsusilə Təbriz Universitetinin tələbələri etirazlara qoşulub, dekabrın 31-də isə nümayişçilər hökumət binasına daxil olmağa çalışıblar.


   

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Kuxdeşt şəhərində təşkilatının bir üzvü öldürülüb, daha 13 nəfər yaralanıb.

 


   

"Financial Times"ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Tehran etirazları zorakılıqla yatırmağa çalışarsa, Amerika etirazçılara yardım etməyə hazırdır.


   

"Əgər İran sakit nümayişçilərə atəş açacaq və onları amansızca öldürəcəksə (bu onların vərdişinə çevrilib), ABŞ onlara yardım edəcək. Biz hərəkət etməyə hazırıq", deyə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.


   

Sonrakı mərhələdə İran rəsmiləri ABŞ-ın ölkə işlərinə müdaxiləsi barədə xəbərdarlıq ediblər. Xüsusilə İran Milli Təhlükəsizlik rəhbəri Əli Laricani bildirib ki, bu, bütün regionun destabilizasiyasına səbəb ola bilər.


   

"İsrail rəsmilərinin və ABŞ prezidenti Donald Trampın bəyanatları sayəsində arxa planda nələrin baş verdiyi aydın oldu. Biz etirazçıların mövqeyi ilə təxribatçı elementlərin hərəkətini ayırd edirik və Tramp başa düşməlidir ki, ABŞ-ın bu daxili işə müdaxiləsi regionun destabilizasiyasına və Amerikanın maraqlarının məhv olmasına gətirib çıxaracaq. ABŞ xalqı bilməlidir ki, bu macəranı başlatan Trampdır və o, əsgərlərinin təhlükəsizliyinə diqqət yetirməlidir", deyə o, X sosial şəbəkəsində yazıb.


   

Bundan əlavə, Ali Xameneinin müşaviri Əli Şamhani əlavə edib ki, Tehran digər dövlətlərin İranın təhlükəsizliyinə müdaxilə cəhdlərinə qarşı çıxacaq.


   

Aydın

PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Honkonq qarışdı: etirazçılarla hökumət tərəfdarları arasında toqquşmalar Honkonq qarışdı: etirazçılarla hökumət tərəfdarları arasında toqquşmalar Gündəm / Dünya Metyu Brayza: ABŞ və İran müharibə etmək istəmir, gərginlik azalır Metyu Brayza: ABŞ və İran müharibə etmək istəmir, gərginlik azalır Siyasət / Dünya Xəyal Müəzzin: Azərbaycanlılar İrandakı etiraz aksiyalarında iştirak etmir Xəyal Müəzzin: Azərbaycanlılar İrandakı etiraz aksiyalarında iştirak etmir Siyasət İraq hara gedir? Dünyanın ən zəngin ölkələrindən biri məhv olmaq astanasında - TƏHLİL İraq hara gedir? Dünyanın ən zəngin ölkələrindən biri məhv olmaq astanasında - TƏHLİL Gündəm / Dünya
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov