Məşhur ətir mağazası olan “Adore”da müştəriyə saxta ətir satıldığı iddia edilib.
Bu barədə saytımıza Azad İstehlakçılar İB sədri Eyyub Hüseynov məlumat göndərib. Şikayətçi Gülər Mehtiyevanın şikayətini ictimailəşdirən İB sədri bildirib ki, müştəriyə “Adore”da saxta ətir satılıb: ” Mehdiyeva Gülər Bayram qızı, 03.12.2025-ci il tarixində “Adore” mağazasının Gənclik Mall filialından Tizana Terenzi Kirke (402 AZN, endirimlə 28.40 AZN) ətir məhsulu almışam. Ödənişi kart vasitəsi ilə etmişəm. Məhsulu açıb istifadə etdikdən sonra onun keyfiyyətinin və qalıcılığının çox aşağı olduğunu müşahidə etdim. Məhsulun üzərində üstün notların meyvə notları olduğu göstərilsə də, real istifadədə kəskin və xoşagəlməz qoxu gəlir. Bundan əlavə, flakon üzərindəki seriya kodunun basma üsulla vurulması məhsulun orijinallığı ilə bağlı məndə ciddi şübhə yaratmışdır. Bu məsələ ilə bağlı mağazaya müraciət etdim. Lakin mağaza əməkdaşları məhsulun orijinal olduğunu bildirsələr də, mənə köməklik göstərmədilər və “hara istəyirsiniz şikayət edin” deyə qeyri-ciddi münasibət sərgilədilər. Halbuki məhsul mənə satılarkən satıcı tərəfindən onun qalıcılığının və keyfiyyətinin yüksək olduğu deyilmişdi. Biznes qrumları Nazirlər Kabinetinin 114 saylı qərarından istifadə edib saxta ətirləri baha qiymətə satır”. Şikayətçi ödədiyi məbləğin geri qaytarılmasını tələb edir. Məsələ ilə bağlı “Adore” mağazalar şəbəkəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı./tribuna
İdman
ÇOX OXUNANLAR
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu











