18-10-2021, 14:46 Oxunub: 62258

Hadrut əməliyyatı xüsusi əhəmiyyət daşıyan əməliyyatdır

 

Hadrut əməliyyatı xüsusi əhəmiyyət daşıyan əməliyyatdır

 

Prezident İlham Əliyev oktyabr ayının 9-da Xocavənd rayonuna səfər etmiş və rayon ictimaiyyəti ilə görüşmüşdür. Xocavəndin düşmən işğalından azad olunmasının birinci ildönümündə ölkə başçısının bu səfəri və rayon ictimaiyyəti ilə görüşü xocavəndlilər və eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmışdır. Xüsusilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm qələbəmizin birinci ildönümündə cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri, burada həyata keçirilən quruculuq işləri ilə yerində tanış olması bütün dünyaya ciddi bir mesajdır. Bu nöqteyi-nəzərdən ölkə başçısının Xocavənd rayonuna səfəri torpağın əsl sahiblərinin geri qayıtdığının növbəti dəfə təzahürüdür.

Xocavəndin işğaldan azad olunmasında Hadrut əməliyyatı böyük rol oynamışdır. Bu əməliyyat İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyətə malikdir. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir.

Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir. Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.

Azərbaycan xalqı döyüşərək, qan tökərək, şəhidlər verərək doğma torpaqlarına qayıtmışdır. Xalqımız uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq”. Məhz, Azərbaycan Ordusunun əsgər və zabitlərinin mərdliyi, qəhrəmanlığı, şücaəti düşmənin geri çəkilməsinə və məğlub olmasına səbəb oldu.

Ermənistanın siyasəti yalanlar üzərində qurulduğunun, müharibənin gedişatında dəfələrlə Ermənistan tərəfinin döyüşlər ilə bağlı öz xalqına yalan məlumatlar verdiyinin şahidi olduq. Hadrut əməliyyatı ilə bağlı da Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Azərbaycan Ordusu az itkilərlə qəsəbəni götürməyə nail oldu. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusunun Hadrutda bayrağımızı qaldırması nəticəsində erməni yalanlarına son qoyulmuş oldu.

Ermənistan tərəfinin yalan və riyakarlığa əsaslanan siyasətinə qarşı Azərbaycan xalqının birlik və həmrəylik nümayiş etdirməsinin tarixi qələbimizin qazanılmasında böyük rolu olmuşdur. Bu baxımdan qeyd etməliyik ki, həmrəyliyimiz Qələbəmizin əsas səbəbidir. Çünki Azərbaycan xalqı dövlətimizin və Ordumuzun arxasında dayandı və Qələbəyə inandı. Bunun nəticəsində Azərbaycan tarixi Zəfər çaldı. Əminliklə deyə bilərik ki, Qarabağa Qayıdış prosesində də xalqımız sarsılmaz birlik və həmrəylik nümayiş etdirməklə, tarixi torpaqlarımızın dirçəldilməsində mühüm rol oyanayacaqdır.

Hadrutda erməni yalanlarına inanan yerli əhali vaxtında oradan çıxmamışdı. Lakin Azərbaycan tərəfi oradakı mülki əhalinin təhlükəsizliyinə kifayət qədər həssaslıqla yanaşaraq, onların təhlükəsiz şəkildə ərazidən çıxması üçün şərait yaratdı. Hadrutun işğaldan azad edilməsinin bir çox mühüm əhəmiyyəti var idi. Onlardan biri o idi ki, Hadrut Qarabağın dağlıq hissəsinə aiddir və dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan əsgərinin ayağı Hadrut azad olunanadək o torpaqlara dəyməmişdi. Digər tərəfdən, Hadrut üzərində son otuz ildə ilk dəfə Azərbaycan bayrağı məhz oktyabrın 9-da dalğalandı.

 

 

Vəfa Məmmədova,

MİHİ Salyan Rayon Komitəsinin sədri

Xocavəndin gözəl təbiət mənzərələri və qədim abidələri ölkəmizin turizm potensialının inkişafına təkan verəcək Xocavəndin gözəl təbiət mənzərələri və qədim abidələri ölkəmizin turizm potensialının inkişafına təkan verəcək Siyasət Kamaləddin Qafarov: “Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək!” Kamaləddin Qafarov: “Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək!” Siyasət Vətən müharibəsinin başlamasından BİR İL KEÇİR Vətən müharibəsinin başlamasından BİR İL KEÇİR Gündəm Kamaləddin Qafarov: “Müharibə dövründə də, sülh dövründə də Azərbaycanın yolu Zəfər yoludur!” Kamaləddin Qafarov: “Müharibə dövründə də, sülh dövründə də Azərbaycanın yolu Zəfər yoludur!” Siyasət Səttar Möhbalıyev: “Şəhərlərimizin işğaldan azad olunması tarixləri xalqımız tərəfindən qürurla qeyd olunur” Səttar Möhbalıyev: “Şəhərlərimizin işğaldan azad olunması tarixləri xalqımız tərəfindən qürurla qeyd olunur” Siyasət