İdman
ÇOX OXUNANLAR
5-11-2021, 13:03 Oxunub: 62276
Səttar Möhbalıyev şəhid ailəsinə baş çəkib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Bakının Xətai rayonunda yaşayan İkinci Qarabağ müharibəsi şəhidi polkovnik-leytenant Sədi Musayevin ailəsini ziyarət edib.
S.Möhbalıyev şəhid ailəsinin üzləri ilə söhbətləşib, qayğıları ilə maraqlanıb. AHİK sədri onlara Zəfər Günü ilə bağlı hədiyyələr təqdim edib və maddi yardım göstərib.
Görüşdə millət vəkili Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıb. Bildirib ki, onların döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq.
Şəhidin həyat yoldaşı Gülşad Musayeva göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyev başda olmaqla hər kəsə təşəkkürünü bildirb.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və II Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidmizin bir oğul və bir qız övladı yadigar qalıb.
AİA.Az
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...









