19-06-2023, 19:09 Oxunub: 2170

Azərbaycanda ürək xəstəliklərinin artma səbəbi koronavirus peyvəndidir?


Azərbaycan dünyada ürək xəstəliklərindən ölümə görə ikinci yerdədir. Son vaxtlar qan-damar xəstəliklərinin və ölüm hallarının artması müşahidə olunur. Bu xəstəliklərin yaranmasına genetik faktorlar və xroniki xəstəliklər səbəb gətirilsə də, artım tempi pandemiya ilə əlaqələndirilir. 

İddialara görə, Azərbaycanda ürək xəstəliklərinin gəncləşməsi və ölüm hallarının artmasına səbəb koronavirusa qarşı vurulan peyvəndlərdir. Məhz vaksinasiyadan sonra əksər insanlarda yeni xəstəliklərin baş qaldırması, ürəktutmaların, qəfil ölümlərin çoxalması barədə iddialar var. 

Bu barədə Bizim.media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd olunan iddialarla razılaşmayıb. 

O, deyib ki, bununla bağlı əldə heç bir əsas yoxdur:

“Bunlar şayiələrdir və koronavirusla bağlı aparılan əsassız təbliğatlardır. Oradan-buradan qidalanan və məqsədli şəkildə həyata keçirilən təbliğatın nəticəsidir. Koronavirus peyvəndinin, eləcə də pandemiyanın özünün nəticələri ilə bağlı dünyada aparıcı xəstəliklərə nəzarət və profilaktika mərkəzləri tərəfindən ciddi tədqiqatlar aparılıb. Yəqin ki, yaxın vaxtlarda onunla bağlı müəyyən məlumatlar dərc ediləcək. Məhz bundan sonra nəsə demək mümkün olacaq.

Pandemiyadan əvvələ qədər 50 yaşında 10 adam yoxlansaydı, onun 4-5-nin ürəyində stent olduğu ortaya çıxacaqdı. Ürək-damar xəstəliklərinin son vaxtlar daha da artması bununla daha çox izah olunur. İndi pandemiyanın bununla nə dərəcədə əlaqəsinin olduğunun öyrənilməsi ilə bağlı da işlər gedir. Hər halda ürək xəstəliklərinin peyvənddən sonra artmasını birbaşa demək çətindir və bu, fikrimcə, əsassızdır”. 

Adil Qeybulla qeyd edib ki, əslində ürək xəstəliklərindən ölüm hallarının artması bütün dünya üzrə görünən tendensiyadır:

“Bu xəstəlikdən ölüm halları hər zaman dünyada ilk sıralarda olub. Son vaxtlar Azərbaycanda bu xəstəliyin xeyli gəncləşməsinin səbəbləri var. Birincisi, həddən artıq qidalanma və qidalanmanın xüsusən günün ikinci yarısına düşməsi, trans yağların bizim qida rasionumuza daxil olması, aşırı tənbəllik, yəni daxil olan kalori ilə sərf olunan kalori arasında disbalans, şəkərli diabet, zərərli vərdişlərin olması, aşırı alkoqollu içki qəbulu və s... 

Toylar, mərasimlər, əyləncə və mərasimlərin hamısı günün ikinci yarısına təsadüf edir. Bütün bunlar sözügedən xəstəliyin baş qaldırmasında ciddi rol oynayır. Bundan əlavə qida mədəniyyətinin və kütləvi idmanın olmaması, bu məsələdə kompleks hissinin formalaşması, xolesterinin artıqlığı da qeyd olunan xəstəliklərə səbəb olan amillərdəndir. 

Hesab edirəm ki, həyat tərzinin sağlamlaşdırılması istiqamətində özümüz də təşəbbüs göstərməliyik. Televiziya ekranlarında şou və mənasız verilişlərin nümayiş olunmasındansa, genefondun sağlamlaşdırılması istiqamətində maarifləndirici proqramların verilməsi daha məqsədəuyğundur. Həmçinin qida mədəniyyətinə dəyişikliklərin edilməsi, fiziki fəallığın artırılması da çox vacibdir və gələcəkdə də bu istiqamətdə iş aparılmalıdır ki, qarşısı alına bilsin”.

Kamaləddin Qafarov: “Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb” Kamaləddin Qafarov: “Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb” Siyasət Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov: erkən mərhələdə aşkarlandığı təqdirdə, mədə xərçəngi tam müalicə oluna bilər Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov: erkən mərhələdə aşkarlandığı təqdirdə, mədə xərçəngi tam müalicə oluna bilər Gündəm Aqiyə Naxçıvanlı: “COVID-19-a qarşı vaksinasiya bizim sağlam gələcəyimizin yeganə təminatıdır” Aqiyə Naxçıvanlı: “COVID-19-a qarşı vaksinasiya bizim sağlam gələcəyimizin yeganə təminatıdır” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…