14-02-2026, 12:51 Oxunub: 247

Hakimin öldüyü hadisədə həmin əməkdaş günahkar bilindi - Cəza verildi


Ötən ilin yanvarında Qax rayonunun Qaxbaş kəndində rayon məhkəməsinin hakimi Taleh Kərimovun öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 36 yaşlı hakimin dəm qazından ölümünə görə “Azəriqaz”ın Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsində çalışan çilingər C.Bayramov məsuliyyətə cəlb edilib.

Belə ki, onun xidmət ərazisində yerləşən və hakim T.Kərimovun kirayə yaşadığı mənzildə kombi aparatının hamam otağında quraşdırıldığı məlum olub. Hadisədən bir müddət əvvəl çilingər oraya baxış keçirsə də, kombinin hamamda yerləşdirilməsini nöqsan kimi aktlaşdırmayıb.

Bu səbəbdən ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.

66 yaşlı C.Bayramov ifadəsində bildirib ki, mənzilə mərhum hakimin özü ilə baxış keçirib və həmin vaxt kombinin hamamda yerləşdirilməsinin qaydalara uyğun olmaması barədə şifahi xəbərdarlıq edib. Lakin bu nöqsanı sənədləşdirməyib.

Qax Rayon Məhkəməsinin hökmü ilə çilingərə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və bir sıra hüquqları məhdudlaşdırılıb.

Aslan Vəliyev

Fotoda Taleh Kərimov

PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Bakıda 25 yaşlı qız dəm qazından BOĞULDU Bakıda 25 yaşlı qız dəm qazından BOĞULDU Gündəm / Hadisə Şərur rayonunun Yengicə kəndində  Vətən müharibəsinin qəhrəman şəhidi çavuş Ruzi İbrahimovun xatirəsinə inşa edilmiş bulaq-abidə açılıb Şərur rayonunun Yengicə kəndində Vətən müharibəsinin qəhrəman şəhidi çavuş Ruzi İbrahimovun xatirəsinə inşa edilmiş bulaq-abidə açılıb Gündəm / Bölgə MÜSTƏNTİQLƏR  VƏ HAKİM,  ƏMƏLLƏRİ  İLƏ  SÜBUTA  EDİRLƏR Kİ, BU, ÖLÜMƏ  CƏHD   CİNAYƏTİ  SİFARİŞLƏ  YERİNƏ  YETİRİLİB... MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... Gündəm / Sosial "10 ildən artıq bir müddət ərzində bu vacib məsələ öz həllini tapmamışdır..." "10 ildən artıq bir müddət ərzində bu vacib məsələ öz həllini tapmamışdır..." İqtisadiyyat
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov