İdman
ÇOX OXUNANLAR
15-07-2021, 08:05 Oxunub: 42268
“Azərbaycan-Çin: tarixin və müasirliyin vəhdəti”

ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayevanın "Azərbaycan-Çin: tarixin və müasirliyin vəhdəti” yazısını təqdim edirik.
Çin ilə əlaqələrimizin inkişafında Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Çinə etdiyi səfəri böyük rol oynamışdır. Həmin səfər zamanı əməkdaşlığın hüquqi bazası yaradılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci və 2008-ci illərdə Çinə səfərləri də əlaqələrimizin inkişafına böyük töhfə vermişdir. Qeyd edek ki, Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə "Vahid Çin” siyasətini dəstəkləyir. Nəzrinizə onu da çatdıraq ki, 1991-ci il dekabr ayının 27-də Çin Azərbaycan Respublikasının müstəqilliyini tanımış, 1992- ci il aprelin 2-də isə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər qurulmuşdur.
Azərbaycan-Çin əlaqələri daim yüksələn xətt üzrə gedib. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.
"Çin dilində belə bir atalar sözü var: "Suyu içərkən su quyusunun kim tərəfindən qazıldığını unutmayın” , ÇXR nümayəndələrinin beynəlxalq təşkilatlarda ölkəmizin yanında olması, xüsusilə Dağlıq Qarabağ probleminə dair məsələlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir. Azərbaycan da hər zaman Çinin ərazi bütövlüyünü dəstəkləyir.
Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan "Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Buna görə , Azərbaycan Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Bir kəmər-bir yol” adlı iqtisadi inkişaf layihəsinin iştirakçısıdır.
Azərbaycan – Çin əlaqələrinin yüksələn xətlə artımı , görülən işlər, qurulan diplomatik əlaqələr ölkəmizdə yeni – yeni iş yerlərinin artımına səbəb olmuşdur. Bunun nəticəsidir ki, son dövürlərdə Çin dili bilən mütəxəssislərə tələbat olduqca artmışdır. Eyni zamanda əlaqlərin bu cür möhkəmlənməsi insanlar arasında da Çin dilinə marağı artırmışdır. Çin dilinə olan təlabat, digər bir tərəfdən isə çin dilini öyrənməyə artan maraq çin mədəniyyətinə daha dərindən nüfuz etməyə səbəb olmuşdur. Bu gün biz əminliklə və fəxirlə qeyd edə bilirik ki, Azərbaycan Dillər Universiteti(ADU) hər il Azərbaycan və rus bölmələri üzrə Çinşünaslıq ixtisasını bitirən mütəxəsisləri məzun edir. Hər il ADU nəzdində Konfutsi İnstitutunun qurduğu əlaqələr nəticəsində tələbələrimiz imtahan verərək Çində təqayüdlü proqramlarda iştir edə bilirlər.
Bu da onun göstəricisidir ki, Azərbaycan –Çin əlaqələrinin qarşılıqlı münasibətləri günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir.
XƏBƏR LENTİ
10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi 13:32 | Uğurun zirvəsinə aparan yol – iş adamı Hasil Nurullayevin nümunəvi fəaliyyəti 19:36 | Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur? 18:20 | Prezident bu hərbçiləri təltif etdi (SİYAHI) 18:14 | İSMAYILLI SƏHİYYƏSİ İNKİŞAF YOLUNDA 17:17 | «Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL 18:57 | Dövlətə sədaqətli rəhbərliyin nümunəsi – Məzahir Əliyev 11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur










