6-08-2022, 09:09 Oxunub: 2252

Balıq ovu müddətinə dair yeni tələblər müəyyənləşdi

Nazirlər Kabineti “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişiklik edib.

Meliorativ  kollektorlarda  balıq və digər su bioresursları ovu qaydası dəyişib.
Əgər indiyə qədər meliorativ kollektorların mənsəbində və məcrasında istifadəsi mümkün olan bütün ov alətləri il boyu balıq və digər su bioresursları ovuna icazə verilirdisə, artıq meliorativ kollektorlarda ova icazə verilən müddətlər aşağıdakı kimi olacaq:

- axçalı balıqların ovu - dayanan nevodlar, karavalar, venterlər və axçalı balıq torları - yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər

- İlanbalığının ovu - venterlər - yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər

- Krevetlərin ovu - venterlər - iyul ayının 1-dən noyabr ayının 1-nə qədər.

Xəzərdə venterlərlə xərçəng və krevet ovunun müddəti isə azaldılıb. Əgər bu müddət indiyə qədər mayın 1-dən noyabrın 1-nə kimi olan dövrü əhatə edirdisə, artıq bu dövr iyul ayının 1-dən noyabr ayının 1-nə qədər olacaq.

Bundan əvvəl yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi Kür çayında atılan diktorbalı torlar və üzən çay torları ilə nərə cinsli və qızıl balıqların ovuna icazə verilirdisə, artıq belə icazə olmayacaq.

Digər yenilik Kür çayında venterlər yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər ilanbalığının ovuna icazə verilməsidir.

Xəzərdə olduğu kimi Mingəçevir, Araz və Varvara su anbarlarında da ixtisaslaşdırılmış ov alətləri ilə xərçəng ovuna icazə müddəti mayın 1-dən noyabrın 1-nə kimi deyil, artıq iyul ayının 1-dən noyabr ayının 1-nə qədər olacaq.

Növbəti yenilik digər su obyektlərində Göl qurbağasının ovuna icazə ilə bağlıdır. Domaca ilə Göl qurbağasının ovu may ayının 15-dən iyul ayının 30-na qədər və sentyabr ayının 1-dən noyabr ayının 1-nə qədər mümkün olacaq.

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi Gündəm Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR OD TUTUB YANIR - 300, 600 manat... Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR OD TUTUB YANIR - 300, 600 manat... Sosial Dövlət Neft Fondu yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb Dövlət Neft Fondu yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb Gündəm / İqtisadiyyat Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim